Sual və cavablar bölməsi

Arzu və məqsəd

Sual : Sizcə arzu və məqsəd nədir?

Cavab : Arzu və məqsədlərimiz arasında böyük fərq var. Və bu fərq – icra etmək və fəaliyyətdən ibarətdir.

Hər birimizin həll etmək istədiyimiz ancaq həll edə bilmədiyimiz bir çox professional və özəl fikirlərimiz və istəklərimiz var, lakin bir çox hallarda bunlar ana fəaliyyət strategiiyasının əsasını təşkil edəcək hədəflərə yox, daha çox ümumi və virtual arzular siyahısına bənzəyir. “Çox maddi vəsait əldə etmək istəyirəm”, “bu oyunu udmaq istəyirəm”, “arıqlamaq istəyirəm” deməklə deməmək arasında, real fəaliyyət və addımlar olmadığı müddətcə fərq yoxdur. Arzu  məqsəd deyildir.

Misal üçün, hər birimizin qarşılaşdığı bir vəziyyət – həyatımızın bir anında daha da yaxşı iş axtarmaq istəyimiz olur.  İnsanlar uzun müddət bu haqda danışırar, ancaq bu isiqamətdə hərhansısa real bir addım atılmır, çünkü bu sadəcə bir arzu və istəkdir. Bu arzu və istəyin reallaşması üçün birinci növbədə məqsəd çox dəqiq olaraq müəyyən edilməlidir, daha sonra bu məqsədə nail olmaq üçün qısa müddətli məqsədlər və bunlar üçün planlar düşünülməlidir. Və… ən əsası – fəaliyyətə başlamaq lazımdır.

Məqsədlərin həyatımızda əhəmiyyəti

Həyatımızda məqsədlərimizin olması bizə kontrol hissi, həyatın anlamla dolu olması və irəliyə hərəkət etmək üçün impuls verir. Bir gənc insanı düşünün – səhər oyanır, və saat 08.00-dan axşam 23.00-a qədər atacağı addımlar və görəcəyi işlərin hərhansısa bir əsası yoxdur. Həyat və gündəlik işlər, ətrafındakı insanlar və şərait hara götürsə – o da ora gecəcək.

Məqsədin formalaşdırılması səyahətə hazırlıq kimidir : ilk öncə gedəcəyiniz ən son nöqtəni müəyyən edirsiniz, daha sonra isə o nöqtəyə gedmək üçün plan hazırlayırsınız.

Hədəflərimiz – bizim gündəlik səylərimizə məna və istiqamət verirlər.

Bir memarı düşünün. Binanı inşa etməkdən öncə binanın təsəvvür edir, gözləri önündə canlandırır, binanın xidmət edəcəyi məqsədlər  və son forması müəyyən edilir. Daha sonra bu fikir və düşüncələr kağızda öz əksini tapır; buna görə planlar hazırlanır – ilk öncə binanın ümumi planı, daha sonra hər bir mərtəbənin ayrı planları. Və bu işlər görüldükdən sonra bina inşası başlayır. Və düşünün ki, bir gənc iş həyatına məqsədi və planı olmadan başlayır. Müvəffəqiyyətli olması ehtimalı nə qədər yüksəkdir?

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *