Sual və cavablar bölməsi

Müsbət düşüncə tərzi

Sual : Sizcə insanı müsbət fikirlər motivasiya edər yoxsa mənfi?

Cavab : Bir insanın müvəfəqiyyətli olması, daxili motivasiyasının güclü olması, daxili motivasiyanın zəyiflədiyi və insanın disiplinlə özünü idarə etməsi hallarında bizim fikir və düşüncələrimiz bizi istiqamətləndirir.
Bədənimizin yediyimiz qidadan ibarət olduğu kimi, düşüncələrimiz və düşüncə tərzimizin də beynimizə daxil etdiyimiz fikirlərdən – müsbət və ya mənfi – ibarətdir.
Beynimizin bir banka bənzədiyini düşünün və bilin ki, Siz banka nə yelrəşdirsəniz, qarşınıza lazım olan hallarda da onlar çıxacaq. Əgər insanın beyininə mənfi düşüncələr və məlumatlar daxil edilirsə, qarşısına çıxan bütün vəziyyətlər də qeyri müsbət formada qiymətləndirilir.
Hətta doğru və yaxşı niyətli işləri belə planlayarkən biz bu fikirləri və planları müsbət formada planlaşdırmalıyıq. Misal üçün, psixoloqlar məsləhət edirlər ki, siqaret kimi pis bir vərdişi tərgidəndə biz özümüzə “siqaretdən imtina edirəm” kimi içində mənfilik olan (tərgidirəm –özümü məcbur edirəm, çətinliyə salıram mənasında) düşüncə ilə deyil, “sağlam həyat tərzinə keçirəm” kimi düşüncələri aşılamağımızı tövsiyyə edirlər.
Səhv qidanın bədənimiz üçün ziyan verici və bəzi hallarda zəhər olması kimi, mənfi fikirlər və emosiyalar da beynimiz üçün zəhər kimidir.
Mənfi fikirlərin beynimizə daxil olmasının qarşısını necə ala bilərik? Mənfi fikirlərin ağlımıza gəlməsi normaldır. Qeyri müsbət fikirlərin ağlımıza gəkməsinin qarşısını ala bilmərik, ancaq onların bizim beynimizdə qalmasına icazə verməmək lazımdır. Bu ona bənzəyir ki, bir quşların başımızın üzərindən uçmasını qadağan edə bilmərik, ancaq bir quşun başımızda yuva qurmasına icazə vermirik.
Və unudmayın ki, bu gün beyninizdə olan fikirlər bizim sabahkı həyatımıza birbaşa təsir edir. Hər zaman MÜSBƏT olun

Leave a Reply

Your email address will not be published. Required fields are marked *