Gördüklərim, eşitdiklərim

STATİSTİKA – dövlət qurumları üzrə

11.07.2015

Kiçik bir qəza keçirdim. Günahkar qarşı tərəf idi.
4 dəfə DYP-yə getdim – hər dəfəsindən ən az 3 saat orda zaman xərclədim.
Təbii ki, günahkarın dediyi kimi, “polisə də hörmət edərəm, sənədlərimi alaram” oldu 🙂 Qəzanı törədən tərəfin mənə 1000 manata yaxın zərər verməsinə baxmayaraq ancaq 40 manat cərimə aldı.
Düşünün : 12 saat zaman itirdim, günahkar minimum cəza aldı, və mənim haqqım qanunla qorunmadı. Mənim kimi DYP-də onlarla insan gördüm. Biri dedi ki, hər gün bura gəlirəm, 2-5 saat arası gözləyirəm.
P.S. Polisin ümidi onadır ki, iş güc adamıyam və məsələnin həllinə zaman xərcləmərəm, “Allah lənən etsin” deyib keçərəm. Haqlıdırlar, amma qismən : həm də prinsipial insanam – Daxili İşlər Nazirinə məktubum artıq hazırdır. Bunlarla sonuna qədər mübarizə aparılmasa, hamını yola verəcəklər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *