14914601_10207474597598535_1801478392_n
Fexri YOL

Müvəffəqiyyət nədir?

“120 kilodan 42 kilometrə” adlı kitabımdan hissə

     Müvəffəqiyyət maddi rifah deyildir. Bunu, bütün həyatını ancaq biznesinin inkişafına verən və 50 yaşında qəlbində olan sıxıntıya görə həyatını itirən insanın övladlarına soruşun.

     Müvəffəqiyət ancaq  karyera deyildir. Hətatının 20 ilini ancaq işə ayıran enerjili, dinamik top menecerə bunu soruşun :  “zaman yoxdur, yeni layihələr, yeni vəzfələr” kimi bəhanələrə görə  sağlamlığa zaman ayırmadan keçirilən illər nəticəsində bir buket xəstəliklər alır.

     Maddi imkanlara və karyera inkişafına bağlı olan və bir çox insanıarın xtardığı xəyali müvəffəqiyyət illərlə axtarılan içi qızıl dolu sandığa bənzəyir. Insan sandığı tapır, böyük həvəslə açır və görür ki, sandığın içi boşdur, çünki nə sevinc verir, nə də xoşbəxtlik. Sandıq boşdur, çünki sağlamlıq qalmamışdır, ailə ilə kommunikasiya itmişdir, insanın övladları ilə psixolojik bağları yoxdur, çünki insan illərlə özünü seçim qarşısında qoyurdu :ya karyera, ya ailə; iş və ya sağlamlıq.      

     “Müvəffəqiyyət” arxasında qaçanda isə insanlar hər zaman seçimi uğurun xarici göstəriciləri lehində edirdi. Nəticədə isə varlı, maddi imkanları geniş, eyni anda da tənha və sağlamlığını itirmiş insana çevrilir. Bizim “sabah” və “biraz daha sonra”ya ertələdiyimiz bütün işlər – sağlamlıq, ailə, inkişaf – daha sonra bu sahələrdə zəyifləməyə gətirir, çünki bütün bu vacib dəyərlər ancaq bir məqsəd üçün oda atlımış olurlar.

     Sağlamlıq bizim həyat binamızın  bünövrəsidir. Məhs bizim fiziki və psixolojik sağlamlığımız uzun müddətli müvəffəqiyyət əldə etməyi mümkün edir. Sağlamlıq olmadan isə biz öz müvəffəqiyyətlərimizdən uzun müddətdə zövq ala bilmərik

14914601_10207474597598535_1801478392_n

Kitabı aşağıda yazılı olan ünvanlardan əldə etmək olar

1. Kitabevim.az

2. “Ali&Nino” Mağazalar şəbəkəsi

3. “Akademiya” kitab evi

4. Özsüt kafe. Atatürk parkı. Özsüt kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

5. Sumqayıt Təlim Mərkəzi,  4-cü mkr. Tarix muzeyinin yanın.Zəka Kitab evinin arxası, 055-204-82-30

6. Baku Roasting Company. Bu kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

7. Telefonla sifariş və ünvana çatdırma xidməti  : 051.465.47.61

Leave a Reply

Your email address will not be published. Required fields are marked *