meq
Məqalələrim SAXLA ZAMANI, GƏLƏR ZAMANI

Məqsədlərin Vacibliyi

     Bir rəssam düşünün, molbert qarşısında durub və nə isə çəkir. Ona yaxınlaşırsınız və sual verirsiniz: “Hörmətli rəssam. Siz nə çəkirsiniz?” O da cavab verir ki, “Heç özüm də bilmirəm nə edirəm, qırmızı rəngli boya ilə dairələr, daha sonra qara qutular çəkdim. Burda ağac rəsmi, yaşıl rəngdə, burda lampalar. Görək də, nə isə olacaq axırda”. Belə bir rəssamlıq tərzi nə qədər absurd gəlir, doğru deyilmi? 

     Bizim məqsədlərimizlə əlaqədar baş verənlər rəsm çəkməyə bənzəyir:  ilk öncə özümüzə şəkli təsəvvür edirik, daha sonra ümumi xətləri kağız üzərində çəkirik. NƏ çəkəcəyimizi bilmədən biz ancaq biri-biri ilə əlaqəsi olmayan xətləri çəkəcəyik və bu da bir nəticə verməyəcək. Sadəcə, arzunun olması kifayət deyil. Məqsədi vizuallaşdırmaq, təsəvvür etmək də vacibdir.

     Binanın inşasını başlayan bir memar düşünün. Ona yaxınlaşırsınız və sual verirsiniz: “Bu nə binası olacaq? Bünövrəsi necə olacaq? Nə üçün xidmət edəcək? Liftmi olacaq içində, yoxsa eskalator?” Memarın isə bu suallara belə cavab verdiyini düşünün: “Mən artıq inşaat işlərinə başladım, sonra nə olacağını görərik. Əsas odur ki, məndə memar diplomu var, inşa edə bilirəm, və edirəm də. Nəticədə isə heç bir məqsədə xidmət edə bilməyən bir bina olur – nə ticarət mərkəzidir, nə yaşayış binasıdır.

     Məqsədləri olmayan insan okeana atılan bir şüşə qaba  bənzəyir – tamamən suyun iradəsinə bağlıdır, dalğalar hansı sahilə aparsa, ora da gedəcək

     Uzunmüddətli məqsədlər qayaya çıxmaq kimidirlər. Siz öncə özünüz üçün məqsəd müəyyən edirsiniz. Daha sonra ara hədəfləri müəyyən edirsiniz; daha sonra hər ara hədəfi ayrı tədbirlərə və işlərə bölürsünüz. Üst hissəyə çıxmaq üçün lazım olan doğru alətləri seçməlisiniz, qida məhsulları alınmalıdır və planlanmalıdır, hər an üçün gücünüzü doğru bölməlisiniz və paylaşdırmalısınız. Məqsədi görürsünüz – dağın ən üst hissəsi. Yola lazım olan alətləri və Sizə dəstək olacaq insanları götürürsünüz və hər gün Sizi məqsədinizə doğru aparacaq addımları atırsınız.

     Məqsədlərimiz dəniz fənəri kimidir

     Ən qaranlıq və ruhdan düşdüyümüz gecələrdə bizə hara gedəcəyimizi göstərir

     “SAXLA ZAMANI, GƏLƏR ZAMANI” kitabından

     Kitab haqqında məlumat almaq və oxucuların rəylərini görmək üçün bu linkə keçid alın

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *