1112
Düşüncələrim Gördüklərim, eşitdiklərim

İkinci ad günüm

     03.08.2015 mənim ikinci ad günümdür… 3 Avqust 2009.cu ildə mən uzun illər gündə 3 paket çəkdiyim siqareti bir həmlədə tərgiddim və dəyişikliklərə doğru ilk addımımı atdım. Öz hesabıma bədənimə və səhhətimə zərər verdim və buna görə də çox peşmanam. Dəfələrlə bu ödürücü vərdişi tərgidməyə çalışsam da, müvəffəqiyyətli olmurdum və daim ətrafımda məni üzəcək səbəblər axtarırdım ki, təkrar siqareti yandırım. Siqaretdən uzaqlaşmaq üçün müxtəlif mənbələrə və həkimlərə müraciət edirdim, amma sonunda anladım ki, məndən başqa mənim səhhətimdə və sağlamlığımda heç kim maraqlı deyil. 
     Mənim uğursuz səylərim mənə acı bir dərs verdi – həyatda hər şeyi satın almaq mümkün deyil və bəzi mövzularda biz öz qərarlarımızla baş başa qalırıq. Ətrafımızda olan insanlar qarşısında “təmiz” olmaq üçün nə qədər bəhanələr düşünsək də, gecə tək qalanda anlayırıq ki, məsələ bizim iradəmizin zəyifliyidir və biz öz seçimlərimizə görə ancaq və ancaq özümüz məsuliyyət daşıyırıq.
     Anladığım ikinci həqiqət : hər şey beynimizdə başlayır və bitir və biz sadəcə beynimiz tərəfindən verilən komandaları icra edirik. Özümüzə hər zaman “dur” deyə bilərik – yetər ki, bunu ÇOX istəyək.
     Psixolojik olaraq özümü yeni obraza, yeni Fəxriyə alışdırdım və bir anda tərgiddim. Uzun illər gündə 3 paket siqaret çəkən bir insan bu gün marafonçu oldu, həftədə 4-6 gün məşq edir və hər məşqdə 10-15-20 km qaçır…
     Əgər mən, tamamən iradəsiz və gündə 3 paket siqaret çəkən bir insan bunu bacardımsa, bu o deməkdir ki, hərkəs bu mövzuda müvəffəqiyyətli 

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *