2289f6e039837b57cbddf67b29577d581459807f_900
Gördüklərim, eşitdiklərim

Gülməli və maraqlı :)

15.05.2015
Bu gün bir şirkətin idarəçilərindən biri ilə danışdım. Daim xidmətlərindən faydalandığım firmadır (ad vermirəm). İdarəçiyə şikayət etdim ki, belə də olmaz, xidmət səviyyəsi çox aşağıdır, belə davam etsəniz itirəcəksiniz müştərilərinizi. Dedi ki, burda yeni müdür var, bütün hər şeyi artıq düzəldir. “Bəs əvvəli müdür necə oldu?” -soruşdum. 
“Elə buranı bu günə qoyan o oldu da”- dedi.
“Bəs ona deyən olmadı mı ki, belə olmaz, şirkəti yaxşı idarə etmək lazımdır?”-soruşdum.
“Oooo.. Mən çox dedim, amma o öz cibini güdürdü. Sonunda bilirsən nə dedim ona, müəllim?”
“Nə????”
“Dedim ki, Moskvada sirkdə ayılara velosiped sürməyi 6 ayda öyrədirlər, mən isə sənə 8 ildə adam olmağı öyrədə bilmədim!!!!!!!!”…….
Bu yerdən sonra artıq dediklərini gülməkdən eşitmədim :)

2289f6e039837b57cbddf67b29577d581459807f_900

Leave a Reply

Your email address will not be published. Required fields are marked *