Gördüklərim, eşitdiklərim

DEVALVASİYA gözləntisi haqqında

23.08.2015
Bu devalvasiya gözləntisini bilirsiniz nəyə oxşadıram…
Xəstəxanada həkim adamı üzü qoyulu uzadır, arxa hissəsini açır, və nələrsə edir arxada : dərmanı qırır, iynə paketini açır, iynəni dərmanla doldurur, iynədə olan dərmanı bir az fışqırdır, sonra otağa kimsə girir, danışırlar… Adam da üzü qoyulu məsum məsum uzanıb taleyini gözləyir. Bilir ki, indi iynəsini vuracaqlar, başqa da alternativ yoxdur. O iynə buna girəcək!!!
O anda hər xışıltı, hər səs diksindirir insanı və bir anlıq sakitlik olanda insan özünə deyir ki : “haaa!!! indi soxacaq!!”, amma həkim sadist kimi öz zövqünü uzadır. 🙂
Ay qardaş, bu iynəni soxun bitsin də… İncidməyin belə insanları 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *