парень_пляж_автомобиль_дым_авария
Məqalələrim

Böhranda batan “bizneslər”- AÇIQLAMA

Dünən yazdığım MƏQALƏM ( Böhranda batan “bizneslər”) çox səs gətirdi. Çox sayda insan zəng etdilər, yazdılar. Mənimlə əlaqə quran hər bir insan tərifini yazdığım şirkətlərin adları maraqlındırırdı. Bu sualı burda hərkəs üçün geniş şəkildə cavablandırmaq istəyirəm. Bir bir şirkət təriflərinə baxaq. Açıqlamalarımdan anlayacaqsınız ki, şirkət adı çəkməyə ehtiyac yoxdur, çünki “bizneslərin” əksəriyyəti eyni vəziyyətdədir. Hər bir açıqlamam üçün son bir həftədə baş verənləri misal verəcəm.
 

 

1. İDMAN MƏRKƏZİ. Böyük idman mərkəzi. Aylardır əməkdaşlarının maaşı ödənilmir. Bina bərbad vəziyyətdədir. Çox az adam gəlir artıq mərkəzə. Öncələri günə 180 nəfər gəldiyi halda indi maksimum 30 nəfər gəlir. Mali cəhətdən qətiyyən effektiv deyil mərkəz. Mərkəzin sahibi cibindən xərcləri ödəməyi imtina etdiyi andan etibarən mərkəz fəaliyyətini durduracaq. Son 5 ildə bu idman mərkəzində ancaq hamamlarda olan pərdələr dəyişib.

AÇIQLAMA. Daim idmanla məşğul olduğuma görə şəhərdə bütün idman mərkəzlərini tanıyıram, məşq etmişəm və edirəm. Getmədiklərim haqqında idmançı dostlarımdan xəbərim var. Böyük hissəsi dədə-baba qaydası ilə işləyənlərdir.

Mərkəzdə yerləşən idman kompleksi var. Əməkdaşları və müştəriləri tualetdə SİQARET çəkirlər. İdmanla məşğul olmağa gələn bir insan siqaret iyindən bilmir hara çıxsın. Şikayət etdim rəbhbərliyə, və aldığım cavab belə oldu : budur müəllim. Artıq ora getmirəm.
2 gün öncə olan bir hadisə. Özünü brend olaraq qələmə verən digər mərkəz mənə ad günümdə sms göndərib : 1 gun pulsuz məşq etmək olar. Zəng edirəm, telefonda xanıma deyirəm və sual verirəm : nə zaman gəlim. Deyir ki, bu gün gəlin. “Zamanım yoxdur” sözlərimə minnətlə “yaxşıdaaa, sabah gəlin”.

2. TİBB MƏRKƏZİ. Bakının ən məşhur və “brend” tibb mərkəzlərindən biri. 6 il öncə müraciət etdim ailəmlə – muhafizədə işləyən əməkdaş xanımıma qarşı kobudluq etdi. Mənim müdaxiləmə “ürəyin harda istiyirsə səninlə söhbət edərik” dedi. Məsələni böyütdüm, rəhbərliyə qədər məsələ çıxarıldı, dediklərinə görə cəzalandırıldı. Bir həftə öncə bir dostumun işinə görə orada idim – həmin əməkdaş hələ də orda işləyir, hələ də lovğa lovğa ortalıqda gəzir və küçə səviyyəsində söhbətlər edir.

AÇIQLAMA. Ən az 20 nəfər fərqli mərkəzlərin adlarını yazdı dünən mənə. Yenə yeni bir misal. Tanış bir insana sms gəlir – “filan” tibb mərkəzində analizlərdə endirim. Gedir, marketinq mütəxəssisi xanım öncə təəccüblənir :), daha sonra isə mərkəzin normal qiymətini xanıma “ÇOX ÖZƏL” qiymət olaraq soxuşdurur.

3. MƏŞHUR BREND. Ölkənin ən məşhur xarici brendlərindən biri. Satıcıların səviyyəsi sıfır. Satıcılarının peşəkarlığını mənə tərifləyən şirkət sahibinə 5 il öncə demişdim : “Sizin satıcılar satmır, müştəri alır. Müştəri davranışları biraz dəyişdiyi anda çökəcəksiniz”. İndi çökürlər. Çökməlidirlər də.

AÇIQLAMA. Mebel, geyim, avtomobil, İT avadanlıqları, ev avadanlıqları satan bir şirkət deyin ki, “Satıcı inkişaf sistemi olsun”. Adətən bazar üslubu ilə işləyirlər. Bir şirkətin satıcısının davranılarını bəyəndiyim satıcı ilə ünsiyyət qururam və anlayıram ki, şirkət bu satıcını yetişdiməyib – bu satıcının özünün ailədən gələn tərbiyə və əxlaqıdır.

4. XARİCİ İŞADAMI. Böhrandan öncə xarici bir işadamı ilə görüşdüm. Dövriyyələri çöx böyük İDİ. Müştəri xidmətləri, müştəri bazası, marketinq, reklam, komandanın inkişafı, idarəçilik sistemi kimi mövzularda danışdıq. Sadəcə danışdıq. Adam bütün bunlara lazımsız “qərbi” pul tələləri kim baxdı. İndi şirkət sürünür. Xərclərini belə ödəyə bilmir.

AÇIQLAMA. Ölkəmizdə fəaliyyətdə olan “xarici” işadamlarının böyük hissəsi öz ölkəsinə müvəffəqiyyətli ola bilməyən “işadamlarıdır”. 90-cı illərdə öz ölkəsində 5 qoyunu 500 dollara satan bir adam bizdə gəlib mağaza açırdı və işadamı olurdu. Biznesini bu gün böyütsələr də, təfəkkür və dünya görüşü olaraq 90-cı illərdə qalıblar.

 
 
 
NƏTİCƏ. Böhran var, şirkətlər çökür, amma hələ də nəticə çıxarmırlar.
Böhran davam etməlidir.
парень_пляж_автомобиль_дым_авария

Məlumatlandırma

YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *