Gördüklərim, eşitdiklərim

Biznesin inkişafı

04.09.2015
Azərbaycanda sürətli şəkildə CEO-laşma və Prezidentləşmə gedir.
Sevinirəm ki, bu qədər prezidentlə tanışlığım var :)
2 il öncə bir nəfərlə görüşəndə soruşdum ki, nə iş görürsən? 
Dedi ki : “Öz holdinqimdə CEO”. 
Vay be, demişdim. Nə holdinqi, hansı şirkətlər, neçə işçin var? 
Dedi ki, 7 şirkətim var, 5 işçim.
Vizitkası çox bahalı və təmtərahlı idi – düşünürəm ki, 7 şirkətin bir aylıq gəlirini vizitka çapına xərcləmişdi :)
Adını çəkə bilməyəcəyim bir holdinq var… Gözü bağlı ofisdə daş atsanız, ya prezidentə dəyəcək, ya da vitse prezidentə:) İşləyən bir iki nəfər qara qura adam var, kimsəsiz yiyəsizlər – bütün işlər də onların üzərindədir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *