Gördüklərim, eşitdiklərim

26.06.2015, Saat 09.00.

Səhər tezdən kafedə oturmuşam, işləyirəm. Həftə sonları heç kimin məni tanımayacağı kafelərdə işləyirəm ki, diqqətim yayılmasın.
Günortaya qədər planım var :
– yeni məqalə yazmaq
– öncəki məqalələrin tərcüməsini kontrol etmək
– yeni kitabım üzərinə işləmək
– konsultasiya verdiyim şirkətlər üçün strategiya və fəaliyyət planı hazırlamaq.

Yan masada 4 nəfər gənc, masalarında 2 böyük araq şüşəsi – durmadan araq içirlər. Üzərindən də pivə… Baxıram onlara və üzülürəm.
Masalarımız arasında məsafə 1.5 metrə. Əsl məsafə isə uçurumlar qədərdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *