Видел и слышал

Мясо ягненка

Bir dəfə, 2005-ci ildə, mən bir firmada rəhbər işləyərkən, firmanın əsas komanda üzvləri ilə reqionlarda aparılan işləri nəzarət etməyə gedmişdim. Bunu da deyim ki, mən quzu ətini prinsipial olaraq yemirəm (yazığım gəlir).
Bir restorana yaxınlaşdıq maşınla, endik, hərkəs oturdu. Hamı ac idi. Çağırdıq restoran işçisini ki, yeməyə nə var? Dedi : müəllim, əla quzu əti var, elə indi kəsmişik… Məni tanımırdı təbii ki, yoxsa belə bir şey deməzdi.
Bir anda qalxdım ki, mən belə bir yerdə yemərəm. Hərkəs səssizcə gəldi arxamca. 3-4 restoran gəzdik — hamısında quzu əti təklifi qarşısında qalxdım getdim. Və…. Beşinci restorana gələndə, sual verməyimə icazə verməyən bir dostumuz restoran işçisinə dedi ki :
«Qardaş, sizdə öz əcəliylə ölmüş, qoca bir qoyun əti varsa, bizə ver yeyək, ölürük acından»

Leave a Reply

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *