13920626_10154013127328649_8731622368202258298_n
Мысли вслух

«MÜASİRLƏRİMİZ»

3-4 gün Türkiyədə olan sözlərimizə «yorum» əlavə edib özünü türkcə danışan olaraq qəbul edir. + «Pardon», «ay kız», «hadiyaaa»
Avropaya «oxumağa» gedənlər ölkəmizə geri dönəndə «bu millət düzəlməzeee», «qılınc müsəlman» kimi sözlərlə özlərini yüksəkdə hiss edirlər. Əldə etdikləri isə bəzi hallarda ancaq ingilizcə danışmaqdır. Bu, onların özlərini yüksəkdə hiss etmələri üçün yetərli bir səbəbdir. Nə qədər Amerika və Avropada «oxumağa» gedənlər görmüşəm ki, 2-3 il sonra əldə etdikləri ancaq «küçə» ingilizcəsidir, çünki avara burda da avaradır, Amerikadada.
Oğlanların qulaqlarına sırqa taxmağı, qitara çalmağı, şalvarını beldən aşağı salladaraq geyinməyi, ölkəmizin adət ənənələrini bəyənməməyi Avropalı və müasir olmaq deyil. Ağzımızı əyə əyə ingilizcə və rusca sözləri istifadə etməklə də müasir olunmur.
Avropanı Avropa edən texnikası, elmi, disiplinidir, ağır zəhmətidir
Biz hər zaman olduğu kimi — rahat və ən üstdə olanı alırıq, işin fəlsəfi və dərin tərəfi isə qalır. Ona görə də bizim «müasirlər» gülməli görünür.

Leave a Reply

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *