images (2)
Мысли вслух

VƏTƏN

Dünyanın bir çox ölkəsində — Avropa ölkələri, Rusya, Ukrayna, Koreya, Montenegro vs. olmuşam. Suriyaya qədər gedib çıxmışam. 10 il öncə. Bəzi ölkələrdə dəfələrlə olmuşam, bəzilərini qarış qarış gəzmişəm, bəzilərində yaşamışam.

Amma bir şey deyim – istər İsveçrədə Alp dağları ətəyində beş ulduzlu bir otel restoranında şam yeməyi yemək olsun, istər Montenegroda qədim bir qala üzərində kofe içmək olsun, istər İtaliyanın dəniz kənarı və möhtəşəm mənzərəli bir balıq restoranı olsun….
Bunların heç biri Azərbaycanda bir çayxanada əyri stəkandan içdiyim rəngi məlum naməlum çayın dadını və ləzzətini mənə vermir. Çünki Vətənin yeri ürəyimizdə hər zaman ayrıdır.

images (2)

Leave a Reply

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *