cover2
Məqalələrim

“Zamanın İdarə Olunması və Şəxsi Effektivli” TƏLİMİ keçirildi

     Yanvar ayında elan edilən “Zamanın İdarə Olunması və Şəxsi Effektivlik” mövzusunda Təlim 10.02 tarixində Dəmirçi Plazada keçirildi. 8 saat davam edən təlimdə ancaq şəxsi effektivlik mövzusunda deyil, həm də biznes və iş dünyası üçün zamanın əhəmiyyəti, idarəçilik, karyera, şəxsi və peşəkar inkişaf mövzularında danışdıq.

     Bütün təlim və biznes kurslarımda prinsipial bir qaydam var – maksimum  təsirli olması üçün bir qrupda 8 nəfərdən çox iştirakçı olmur (bu dəfə 1 nəfər ciddi səbəbə görə iştirak edə bilmədi).

     2 həftə sonra bütün iştirakçılarla görüş keçiriləcək – təlimdə öyrəndiklərini tətbiq edərkən qarşılaşdıqları maneələr, anlaşılmayan məqamları dinləmək və dəstək olmaq üçün və sertifikatların təqdim edilməsi üçün.

 

     Təlim sonrası iştirakçıların RƏYLƏRİNİ aşağıda oxumaq olar :

     Təlimin faydaları haqqında fikrimi toplayıb geniş məlumat yazacağam. Amma Siz diqqət ediniz ki, bu gün bazar günüdür və mən 06:30 da oyanmışam (bazar günləri istirahət günü olduğu üçün saat 12-13 arasında yatağımdan dururam adətən) , səhər idmanımı etmişəm (axırıncı dəfə səhər idmanını 2009-cu ildə əsgərlikdə etmişəm) və bir şəxsi layihə (İnşallah sizinlə görüşəndə bu barədə dəyərli məsləhətlərinizi alacam ) üzərində işləyiəm və 2 saatdan sonra 1 saat xarici dil üçün söz öyrənməliyəm. Sizcə bu az faydadır ?? )))  Ən əsası isə mən bu sistemli işi 2 həftə edəcəm sizinlə görüşənədək sonra isə vərdiş halına gələcək. Avraam Linkolin demiş insan vərdişlərdən ibarətdir )))

     Vüqar Məmmədov

     SOCAR İTRİ Metrologiya və standartlaşdırma şöbəsinin rəis müavini

 

     Təlim  gözlədiyimdən də əla keçdi.Bu qədər dinamik,( düşünün 7 saat əyləşmədən) enerjili,real misallar əsasında təlim şimşək effekti yaratdı mənimçün.Öyrəşilən təlimçi danışdı və getdi prinsipinin tamam əksi.İstənilən vaxt sual vermək,fasilələr zamanı belə məsləhətlər və bir sonraki görüşün təlimçi tərəfindən ( təmənnasız) təklif olunması isə Fəxri bəy haqqında bu fikri formalaşdırdı : Mən pul qazanmaq yox professional idarəçilər yetişdirmək istəyirəm.

     Nəcməddin Rəhimov

     System Administrator  Microsoft .MCP..MCİTP,MCTS,MCSA

     İlk once bele bir yuksek seviyyeli telim teshkil etdiyiniz ucun size tesekkur etmek istiyirem. Telim kifayet qeder faydali ve mehsuldar olmasi ile yanashi cox maragli ve interaktiv teshkil olunmushdu. Zamanin idare olunmasi bashligi altindaki telimde sozun esl menasinda “ zaman su kimi axdi kecdi “. Dunya tecrubelerinden getirilen sitatlar ve real heyatdan goturulen faktlar  telimin  daha da real ve yararlilig derecesinin cox yuksek gostericisi oldu. 
     Tebii ki, bir cox faydali melumatlar ve sistemli ishin qurulmasi ile bagli deyerli melumatlar aldiq ki, hec shubhesiz bunlardan artiq istifade etmeye bashlamisiq. ( Men shexsen tetbiq ve deyerlendirme yonumunde artiq addimlar atmisam ) 
     Ugurlarinizin davamini gozluyuruk  Fexri bey.   
     Atəş Rzayev
     Delta Telecom LTD, CTO

     İlk once bir daha size teshekkur bildirmek istiyirdim bu telime gore.

     Telimin bir neche xoshuma gelen ve fayda qazandigim meqamlari qeyd etmek istiyirem:

  1. Telimde butun teshkilatchiliq :

      servis, rahatchilix ( rahat kreslolar, rahat mekan, chay kofe ve sair) chox yukesek seviyede idi ve bu sizin bize olan diqqetdi.

  1. Telim heddinnen artix maraxli formada kechirilir, sizin telim demek uslubuvuz da chox beyenildi. Bir deqe bele vaxt ayirib adam saata bele baxmax istemir.
  1. Telimde real biznesden maraxli epizodlar misal kimi qetirilir.
  1. Oyrendim: Zamani daha chox xeyirrime terefe istifade etmeye,  zamannan daha chox fayda almax, bu telim insannan butun tembelliyi chixardir.
  1. Telimchi ozude bu problemlerden vaxtiyken fayda alib deye telim dahada motivasiya eliyir.

     Haci Ziyadov, gənc işadamı

     Təlim çox əla keçdi. Uzun zamandır özümü bu qədər ümidli hiss etməmişdim. Fəxri bəyin bizə verdiyi əmək bizim həyatda qələbə şansımızı artırır.Öyrəndim ki, hədəflərimizi reallaşdırmaq üçün nizamlı addımlar atmalıyıq. İstəsəkdə istəməsəkdə həyatımız divarlar içərisində keçir.Önəmli olan o gözəgörünməz divarların fərqinə varmaq və yıxmaqdır. Divarları yıxmasaq dəyişimdən söhbət gedə bilməz…

     Təlimin sonunda ağlıma gələn C.F.Kennedinin sitatı oldu ” Asan həyatlar üçün arzu etmə, güclü insan olmaq üçün arzu et”

     Bizi güclü edən iradəmiz,vərdişlərimiz,əzimkarlığmızdır…

     Yenidən görüşmək diləyi ilə…

     Günay M., dövlət qurumu əməkdaşı

 

     Növbəti təlim mart ayında keçiriləcək və bu haqda əlavə məluamtlandırma veriləcək.

     İştirak etmək istəyənlər fahriagayev@yandex.ru mail ünvanıma müraciət etməlidirlər.

27654462_10155620801038649_1077351189261028006_n

27999566_10155627411493649_1816766932_o

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *