Embed-Routines-and-Rituals
A TƏLİM və KURSLAR

Şəxsi EFFEKTİVLİK Təlimi ELANI

  • İş həyatı bütün zamanınızı və enerjinizi alır? 
  • Çox yorulursunuz, amma yenə də bitirilməyən işlər qalır?
  • Xarici dil öyrənməyə, idmanla məşğul olmağa illərdir zaman yoxdur?
  • Peşəkar inkişaf, sağlamlıq, şəxsi həyata zamanınız yoxdur?
  • Günlər, həftələr, aylar keçir, amma eyni yerdə durduğunuzu görürsünüz?

     O zaman bu təlim SİZİN üçündür. 

     TƏLİM MÖVZULARI 

  • Məqsədlərin müəyyən edilməsi
  • İllik + aylıq + həftəlik + gündəlik planlama
  • Görmədiyimiz zaman rezervləri və onların istifadə edilməsi
  • Zamanla əlaqəli problemlər
  • Zaman oğruları ilə mübarizə
  • Zamanın idarə olunması texnikaları
  • Enerjiin idarə olunması
  • Biznes, karyera və zamanın idarə olunması

     BU TƏLİM KİMLƏR ÜÇÜNDÜR?

     Gününü ancaq işlə keçirən və peşəkar inkişaf, sağlamlıq, ailə kimi vacib dəyərlərə və məqamlara zaman ayıra bilməyən hərkəs üçündür.

  • Orta və üst idarəçilər;
  • Sahibkarlar;
  • Peşəkar həyata yeni başlayan gənclər

TARİX                           : 03.03.2018, şənbə

TƏLİM MÜDDƏTİ         : 6 saat. 10.00-16.00

KEÇİRİLMƏ YERİ        : iştirakçılara bildiriləcəkdir.         

     Təlim ödənişlidir.

     İştirak etmək istəyənlər, fahriagayev@yandex.ru  mail ünvanına müraciət etməlidirlər.

 

     Birinci təlim 10.02.2018 tarixində keçirilmişdir və iştirakçı RƏYLƏRİNİ buradan oxumaq mümkündür : Təlim, 1.ci qrup

     Qrupda maksimum 8 nəfər olacaq. Nəzərə almaq lazımdır ki, 3 nəfər artıq öncədən qeydiyyatdan keçib. 

     Daha öncə təlimdə iştirak edənlərin rəyləri :

     İqbal Ağayev, Gilan Sənaye Qrupu HR Direktoru :
     Fəxri müəllim, Sizin “Zamanın İdarə Edilməsi” təliminiz bir çox insan üçün ciddi alətdir. Bu alət vasitəsi ilə insan bütün həyatının gedişini dəyişdirə bilər. Təlimdə iştirak edənlər rahat anlayırlar ki, daha çox “vaxtım yoxdur” deyən insanların əslində daha çox vaxtları var. Mövzunun qoyuluşu və məsələyə yanaşma nəticəsində elə təlimdəcə insan dəyişmə qərarı verir. Buna yüz faiz əminəm ki, təlimə  daxil olan insanlarla çıxan insanlar fərqli insanlardır.

     Fərhad Əli, CELT Colleges Bakıxanov Rəhbəri

 Fəxri müəllimin 2 seminarında iştirak etmişəm. “Zamanın İdarə edilməsi” və  “Şəxsi effektivlik.

     Bu seminarlara özəl olaraq dəvət olanlar arasında oldum və sonra öyrəndiyim zamanın yönləndirilməsi texnikaları və aldığım yüksək pozitiv enerji və motivasiya ilə həyatımı 39 yaşımda yenidən qurmağa başladım.

     İşim saat 9 dan axşam 9 a qədər olmasına baxmayaraq səhər qaçışına zaman ayırmağı bacardım (bu öncələr mümkünsüz idi). Qaçış zamanı audio kitablar dinləməyə başladım. İşdəki dağınıq zamanı qaydaya salıb kitab oxumaq üçün zaman ayırdım. İş həyatım köklü dəyişdi.

     İndi 41 yaşımın içindəyəm effektiv və məhsuldar olmağım şəxsi və maliyə uğurlarıma gətirib çıxartdı. İndi Fəxri müəllim kimi marafonçuyam. Bir rəsmi olmayan Bakı və bir də İstanbul marafonunu qaçmışam. (O marafon ki, Fəxri müəllim qaçmışdı). O seminarlara qatılmasaydım bu gün bu uğurlarım olmayacaqdı. Bu uğurları Fəxri müəllimə borcluyam.

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *