Düşüncələrim

Yox !!!!!

Hərkəsin sözsüz və düşünmədən qəbul etdiyi stereotiplərə “yox” deyə bilmək vacibdir. Bəzi hallarda bizim inkişafımızın qarşısını alan sosyal əhatəmizdən olan təzyiqdir.
Digər hal – məqsədlərinə doğru yol gedən insanı cəmiyyətin hipnoz etməsidir : “kim? sən? yox əşşi, sən edə bilməzsən bunu”, “burda bu olmaz”, “bizdə mümkün deyil”, “bu kimə lazımdır ki?” kimi sözlərlə cəmiyyət bizi hipnoz təsiri altında tutur.
Bütün bunlara “yox” deyərək xəyallarımıza sarılaraq hər gün məqsədlərimizə doğru ruhdan düşmədən, disiplinli şəkildə gedmək vacibdir.
Müvəffəqiyyətli olduqdan sonra deyəcəklər ki, “onun bəxti gətirdi”, “şansı var” və ən “güclü” arqument – “Qismətdir də…”
Təbii ki… Qismətdir. Şansdır. Bəxtdir. Və ən əsası seçimdir. Xəyal quran, məqsəd müəyyən edən, seçimini ağır zəhmət və uzun yol olaraq edən insan həm şanslıdır, həm də Qismət də onun yanındadır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *