Gördüklərim, eşitdiklərim

Xaricilərin BİZƏ qarşı rəftarı

27 Fevral 2015
Uzun illər xaricilərlə işlədiyimə və daim kontaktda olduğuma görə bəzən xaricilərin bizim insanlara qarşı nə qədər dikbaş və yuxarıdan davrandığının şahidi oluram və belə hallardan nifrət edirəm.
Əslində belələrin özü heç bir dəyər təşkil etmir : ancaq öz ölkəsinin ümumi inkişafına görə belə dikbaş davranır. Daxili aləmi və zehni dolu olan bir insan heç bir zaman belə davranmaz.
Elə indi belə bir dikbaş xaricini rəsmən sındırdım – professional sahədə mənə qarşı haqsızlıq etdi və haqlı olduğunu düşündüyünə görə mənimlə yüksək səslə və dikbaş tonda danışdı.
Öncə sakitcə professional sahədə səhv olduğunu sübut etdim, sonra da ağzımdan çıxanı deyərək mənimlə bu tonda və bu tərzdə danışa bilməyəcəyini başa saldım.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *