Gördüklərim, eşitdiklərim

Xarici dil və bəziləri

Xarici dil bilməyə çox böyük əhəmiyyət verirəm. Ana dilimdən başqa Rusca və İngilizcə bilirəm, və bu dillərdə fikirlərimi sərbəst ifadə etmək bir yana – seminarlar və təlimlər verirəm, iclaslar keçirirəm.
Ancaq bəzi insanlar bildikləri dilləri çox iyrənc formada qarışdırırlar. Düz bir il öncə bir tədbirdə bir xanımdan bu sözləri eşitdim :
“Я хочу сказать, что это very sad, но поймите, что there is no other choice. In my opinion, xamı bilməlidir ki, это правило касается всех. Biz xamımız have same rights”
Ətün tökülsün… Let your meat pour down. Да посыплется мясо с тебя….
ƏLAVƏ – bu insanlar Azərbaycan dilində “h” hərfinə “x” deyirlər : xamı, xəmişə, xərkəs + ingilizcə “r” hərfini elə deyirlər ki, elə bil Los Angeles təyyarəsindən indi eniblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *