0431
Məqalələrim

ÜRƏK, SAĞLAMLIQ VƏ HƏYAT KEYFİYYƏTİ

     Davamlı aktiv idmanla məşğul olduğuma görə dostlarımdan vaxtaşırı xəbərdarlıqlar alırdım : bu qədər məşğul olma, bir az istirahət et, ürəyinə ziyan ola bilər. İdman və aktiv həyat tərzinin ziyanının olmadığına inanmağımla bərabər bədənimizin davamlı nəzarət altında saxlanması haqqında da bilirdim. Bu qədər idman, doğru qidalanma, aktiv həyat tərzi, müsbətlik yaxşıdır, amma baxmaq lazım idi ki, tibb nə nəticələr verir. Nə qədər disiplinli insan olsam da, davamlı ürəyimin yoxlanmasını məşhur “sabaha” və “növbəti həftəyə” ertələyirdim.

     Dostum Kamran bəylə (Kamran Kazımoğlu Misayev -Mərkəzi Kliniki Xəstəxana Baş Həkimi və həm də dünyada tanınmış ürək cərrahı) son görüşümüzdə bu düşüncələrimi paylaşanda o mənə klinikada kardio check-up keçməyi təkif etdi. Düşünün – dostunuz dünyada tanınmış kardioloq cərrah ola və siz də ürəyinizin vəziyyətini bilməyəsiniz :)

     22.11 tarixində səhər kardioloji check-up, yəni ürək-damar sistemi və qan analiz və yoxlamalarından keçməyə qərar verdim.

     Kardio check-up haqqında məlumat :

     – Stress test (qaçış zolağında);

     – Exo-kardioqrafiya;

     – Qan analizləri.

     Müddət : maksimum 60 dəqiqə.

     STRESS-TEST nəticəsi belə oldu : həkim mənə dedi ki, bu il üçün rekord nəticə məndə oldu,  indiyə qədər isə belə nəticə ancaq idmançılarda olub və əlavə etdi : “Belə davam edin, Fəxri  müəllim”.

     EXO-kardioqrafiya nəticəsində kardioloq Oqtay bəy ürəyimin bu yaş üçün ən yaxşı vəziyyətdə olduğunu dedi. Və əlavə etdi ki, bizim ölkəmizdə bu göstərici fərqli görünsə də, qərb ölkələrində bu yaş üçün bu normadır.

     QAN analizləri nəticələri də ümumi olaraq tam normalara uyğun oldu.

     7 il öncə mədə, bağırsaq, ürək-damar, qara ciyər problemləri olan və həyatında idman və sağlam həyat tərzi adına heç nə olmayan insan bu gün tam yoxlamadan keçir və sağlam olduğu müəyyən olunur.

     Nəticələr çıxdıqdan sonra isə Kamran bəylə bir daha görüşdüm və ürəyin mütəmadi kontrol edilməsi mövzusunda söhbət etdik. Bu haqda bloquma yazı yazacağımı dedim və xahiş etdim ki, fikirlərini paylaşsın.
     Kamran BƏYİN DEDİKLƏRİNİ hərfi hərfinə bura yazıram :

     “Biz yaşlandıqca bizim xəstəlik tutma ehtimalı artır və bu bütün xəstəliklərə aiddir.

     Ürək-damar xəstəliklərinin xüsusilə 40 yaşından sonra görünmə tezliyi şiddətlə artır. Bunun vaxtında qarşısını almaq üçün və riskləri minimizə etmək üçün check-up lazımdır.

     Heç bir şikayət olmasa da, mütləq check-updan keçmək lazmdır.

     Misal üçün, ürək infarktı olan insanları bir hissəsi daha öncə hem br şikayət olmayanlardır və bunların bir hissəsi ani ölümə səbəbə olur. Sağ qalanları isə biz hansı metodlarla müalicə etsək də, bilirik ki, infarktın vurduğu zərəri tam bərpa etmək mümkün deyil.

     İnfarktın vurduğu ən böyük zərər isə insanın gözlənilən ömrünün qısalmasıdır.

     Ona görə də 40 yaşından etibarən bu check-uplardan keçmək lazımdr ki, risklərimizi bilək və ondan sonrakı həyaıtmızı və həyat tərzimizi bunlara görə yenidən tənzimləyək.

     Dostumunuza və özünüzə 40 yaş hədiyyəsi kimi kardio check-up verə bilərsiniz”

     MƏN BU YAZINI NİYƏ YAZDIM?

     Yaxşı nəticələr və müsbət işlər təbliğ edilməlidir ki, daha çox insan faydalansın.

     30-40 yaşında olan yüzlərlə dostum var – istəyirəm ki, onlar da ürəklərini ən qısa zamanda mütləq kontrol etsinlər, yoxlasınlar və zaman itirmədən sağlamlıqlarının qayğısına qalmağa başlasınlar.

     Sağlamlığımızı, onu itirmədən və çox gec olmadan ÖNCƏDƏN qorumalıyıq. Həkimlərə son anda müraciət etməməliyik.

     Sağlam həyat tərzi ilə yaşayan, idmanla məşğul olan, yediyinə-içdiyinə diqqət edən insanın sağlam olması ilə bərabər, gələcəkdəki riskləri də azaldır və ən əsası, Qərb ölkələrində çox məşhur olan “life quality”, yəni həyatın keyfiyyəti də yüksək olacaq.

     Bu yazını oxuyan hərkəsə ən yaxşı “həyat keyfiyyəti” arzulayıram!

 

 

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *