луна_ночь_свет_звезды
Məqalələrim

Ulduzlar

Şirkətlərdə işləyən insan tipləri haqqında yazılarım davam edir. Bu gün yazım ulduzlar haqqındadır.

Uzun müddət şirkətrə işləyənlərdir və öz işlərini heç bir zaman heç kimə öyrətməzlər. “Mən getsəm bura bir gündə dağılar”, “Mən getsəm bütün hamı gedəcək”, “ərizəmi yazsam, bir gün sonra heç kim burda qalmaz” cümlələri sevirlər.

Şirkətin inkişafından daha çox öz vəziyyətlərinin gücləndirilməsini düşünürlər. Rəhbərliyi şantaj etməyi xoşlayırlar. Şirkətdə şəffaflıq, sistemin qurulması və proseslərin yazılması kimi vacib məsələlərə ən çox qarşı çıxan bu insanlardır.

Ulduzlar heç bir zaman digər insanlara işi öyrədməzlər ki, ulduzluqlarını itirməsinlər.

Simptomları : yeniliklərə müqavimət, işə gecikmələr, digər əməkdaşlara qarşı kobudluq,  rəhbərliyin qərarlarının görünməyəcək şəkildə sabotaj edilməsi.

Ulduz heç bir zaman komanda oyunçusu olmur, çünki “komanda” sözü birinci növbədə bilik paylaşımını və dəstəyi nəzərdə tutur.

Şöbə və ya departament müdiri olan ulduzun öz komandasının idarəçiliyi adətən qəbilə tipli idarəçiyilinə bənzəyir : başqalarına məlumat vermək, onlarla əməkdaşlıq etmək, firmada tətbiq edilən reformları dəstəkləyənlərə qarşı “bizdən deyil” yanaşması sərgilənir.

İclaslarda digər şöbə, departmanet və istiqamətləri üzərinə hücum edirlər ki, öz işləri müzakirədən kənar qalsın.

Bu insanların baxışları, duruşları, danışıq tərzləri hərkəsdən üstün və fərqli olduqlarını nümayiş etdirir. 

Real bir nümunə : Azərbaycanın böyük və tanınmış şirkətlərindən birində satış müdiri belə ulduzdur. Bu insan şirkəti tamamən özünə bağlamış vəziyyətdədir. Komandasında 2 nəfər insan TAMAMƏN ona sadiq insanlardır. Bu insan bildiklərini heç kimə heç bir zaman öyrətmir. Bu azmış kimi, öz sahəsini kiçik bir müdaxilə belə onun tərəfindən böyük müharibəyə çevrilir.

Işə saat 11-də gələn bu ulduz şirkət direktorundan formal icazə istəyərək istədiyi zaman şirkəti tərk edir. Şirkətə yeni gələn əməkdaşlara psixolojik təzyiqlər edirdi.

Bu insanın ulduzluğu o qədər güclü idi ki, şirkət korporativ standartlar icra etməyə başlayanda bu insan böyük soyuqqanlılıqla heç bir standartı diqqətə almırdı və bütün yeniliklər və reformlara qarşı kinayəli bir duruş sərgiləyirdi.  Nəticədə isə korporativ standartların icra edilməsi durduruldu.

Ulduzlarla ünsiyyətim olub və daim olur. Peşəkarlıqlarına hörmətlə yanaşaraq eqoist və şirkəti şantaj edən davranışlarına qarşı isə qətiyyət sərgiləmişəm hər zaman.

Ulduzlar kəskin və qəti şəkildə danışanda, sərt və möhkəm yanaşma sərgiləyəndə və ulduz da qarşısındakı insanın güclü olduğunu hiss etdiyi andan etibarən cılızlaşırlar.

Bir insanın peşəkar olması vacibdir, ancaq əsl peşəkar ulduzlaşmama-ldır. “Peşəkar” sözü ancaq işini bilən demək deyil, peşəkarlıq həm də şəxsi keyfiyyətlərin olması anlamına gəlir. Şəxsi keyfiyyətlər arasın-da isə insanı ön gözəl edən onun sadəliyidir.

луна_ночь_свет_звезды

Leave a Reply

Your email address will not be published. Required fields are marked *