healthy-balance
Sual və cavablar bölməsi

Uğurlu insan olmaq üçün daha nələr etməliyəm

Sual :   mümkün qədər  özümü inkifaş etdirməyə çalışıram, həftədə ən az 2 və ya 3 kitab bitirirəm, təlimlərdə oluram, gündəlik bloqlara nəzər yetirirəm, lakin bunun kifayət olmadığını bilirəm. Yəni uğurlu, savadlı insan olmaq üçün daha nələri etməliyəm?

Sual müəllifi : Günel Abışova

Cavab : cavabımı üç hissəyə bölmək istəyirəm.

Birinci hissəsi indiki fəaliyyətlərinizin səmərəliliyi və doğru olması, ikinci hissəsi  “daha nələr etmək olar” mövzusunda, üçüncü hissəsi “uğurlu” insan kimdir və uğurlu  insan olmaq üçün nələri unudmamaq lazımdır istiqamətində olacaq.

1. Kitab oxumaq, təlimlərdə olmaq, bloqlara nəzər yetirmək vacibdir və etdiklərinizi təqdir edirəm. Burda vacib olan məqam budur – oxuduğunuz kitablar Sizi çatmaq istədiyiniz məqsədləriniz istiqamətindədirlər mi, onlara Sizi aparır mı?

Peşəkar həyatda uğurlu əldə etmək üçün vacib birinci şərt odur ki, Sizin məqsədləriniz olmalıdır və atacağınız addımlar o məqsədlər

istiqamətində olmalıdır.

Təlimlərdə olmaq vacibdir, ancaq bu iştirak etdiyiniz bütün təlimlərdən öncə özünüzə sual verin : bu təlimdə alacağım biliklər və məlumatlar məni hədəflərimə doğru aparacaq bir addım daha olacaq mı?

Məqsədləriniz dəqiqdirsə, bu məqsədlərinizə görə uzun və qısa müddətli planlarınız var və daim özünüzü inkişaf etməyiniz bu plana uyğundursa, o zaman keçirik cavabın ikinci hissəsinə.

2. Daha nələr etmək olar?

  • Oxuduğunuz kitabların hansı sahədə olduğunu bilmədiyim üçün, fərz edirəm ki, peşəkar kitablar oxuyursunuz. Birinci növbədə bu tərzdə həyt tərzini davam etməyi tövsiyə edirəm.
  • Ikinci məsləhətim odur ki, nəzəri biliklər toplamaqla bərabər praktiki biliklər də vacibdir və tamamən nəzəriyyəyə girməməyinizi təklif edirəm. Bunun üçün də gələcəkdə işləmək istədyiniz sahədə stajda olmağınız və təcrübə yığmağınız vacibdir.
  • Digər vacib məsələ – oxuduğunuz ədəbiyyata mütləq və mütləq sosyal vərdişlər, kommunikasiya qabiliyyəti, ünsiyyət qurma kimi mövzularda kitablar daxil edin, çünki iş həyatında bir insanın müvəffəqiyyətli olması üçün ətrafında olan komandası, öz rəhbərliyi və tabeçiliyində olan insanlarla ünsiyyət qura bilməlidir. Çox bilikli, ancaq iş həyatında müvəffəqiyyət əldə edə bilməyən insanlar görmüşəm. Səbəbi isə çox sadədir – ətrafda olan insanlarla ünsiyyət qura bilmə sıxıntısı.
  • Mən seminarlarımda çıxış edərkən daim oxumağın əhəmiyyəti haqqında danışıram və misal olaraq peşəkar inkişaf üçün vacib olan ədəbiyyatdan danışıram. Seminarlarımdan sonra mənə gənclər bu tərzdə suallar verirlər : “Fəxri müəllim, bədii ədəbiyyat oxumaq lazım deyil?” Lazımdır. Çox lazımdır. Bir universitet tələbəsi olan gəncə “bədii ədəbiyyat oxuyun” demək “səhər duranda dişlərinizi təmizləyin” kimi sözlərə bərabər olacaq mənim fikrimcə. Bədii ədəbiyyat bizim mənəvi qidamızdır və bu ədəbiyyat oxumaq o qədər təbii bir haldır ki, o haqda mən danışmıram da heç bir zaman.
  • Xarici dil bilgisini peşəkar inkişaf üçün çox əhəmiyyətli saydığım üçün ən az bir xarici dili mükəmməl səviyyədə bilməyiniz tövsiyyə edirəm. Elm, texnika, biznes, tibb, psixologiya və bir çox sahələrdə inkişaf qərb ölkələrində və böyük sürətlə baş verir. Bu inkişaf haqqında müasir və ən son bilikləri almaq üçün xarici dil bilmək şərtdir.

3. Uğurlu insan kimdir? Unudmayın ki, peşəkar həyatımız və karyeramız həyatımızın sadəcə bir hissəsidir; vacib hissəsidir, ancaq ən vacib olan hissə deyil. Uğurlu insan həm peşəkar inkişafına da zaman ayırmalıdır, həm ailə və dostlarına, həm mənəvi dünyasına, və əlbətdə ki, sağlamlığına. Gənc yaşınızdan özünüzü həyatda vacib olan bütün sahələrə zaman və enerji ayırmağa alışdırmalısınız. Sağlamlıq, idman, ailə, mənəvi inkişaf bizim peşəkar inkişafımızla bərabər olmalıdır – əks halda 40 yaşına çatanda karyerası inkişaf etmiş ancaq tənha, sağlamlığını itirmiş və dəyərləri müəyyən olmayan insan olma ehtimalı yüksəkdir.

Peşəkar həyatınız üçün gələcəkdə verəcəyiniz qurbanları geri çevirmək mümkün olmayacağı üçün bu günün dadını çıxardaraq bizim üçün vacib olan bütün sahələrdə işləri görə bilməliyik.

 

 

Məlumatlandırma

YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *