26732554_10155534098848649_154457450_o1
Kitabların xülasəsi Məqalələrim

“Trump əsla təslim olmur” kitabı haqqında

     2018.ci ildə oxuduğum kitablarla əlaqəli təbliğat və məlumatlandırma işini gücləndirməyə qərar verdim.  Məqsədim isə sadədir : insanlarla əldə etdiyim bilikləri paylaşmaq və kitablar haqqında məlumatlar vermək.

     Öncə hər kitabdan hansı məqamları qeyd edəcəyimi bildirmək istəyirəm :

  • Bəyəndirim sözlər, cümlələr, sitatlar;
  • Kitabın ana sözləri və fikirləri;
  • Bu kitabı oxumağı məsləhət edirəm mi və niyə

     Bu il oxuduğum birinci kitab, Ali&Nino tərəfindən mənə yeni il hədiyyəsi olaraq göndərilən və müəllifi Donald Trump olan “Trump əsla təslim olmur” kitabı oldu.

     Kitabda bəyəndiyim cümlərlə və fikirlər : 

     -“xeyr” sözünü mən özümə qarşı bir meydan oxuma kimni qəbul edirəm. Mən əminəm ki, sıx-sıx istifadə edilən “mümkün deyillər” əslində bir çox hallarda tam mümkündür – sadəcə əzmkarlıq və möhkəmlik olmalıdır insanda;

     – problemlərlə qarşılaşanda yeganə strategiyanız – təslim olmaq istəməmə olmalıdır; 

     – uğursuzluqlarla və problemlərə sözün tam mənasında əzilmiş insanları görmüşəm. Belə hallarda ən pis davranış tərzi budur : uğursuzluqlar mənim bəxtimdir. Bu qətiyyən belə deyil! Sizləri həyatda irəli aparan intellek və ya bəxt deyil. Həyatınızda çətinliklərlə qarşılaşanda əzmkar olmaq lazımdır;

     – daim nədənsə narazı olan insanlardan uzaq durun;

     – Digərlərini gunahlandırmağa başladığlınızı görəndə, dərhal bunu dayandırın;

     – insanın səhvsiz olduğunu düşünməsi böyük səhvlərə aparan yoldur;

     Donald Trump  insanlardan  çox  sayda məktublar alır və bunların bəzilərinin cavablarını kitabında yazır :

  • Eyni səhvləri edən insanlara qarşı necə davranırsınız?
  • Onlar artıq başqa yerdə işləyirlər.
  • Fikriizcə, yaxşı lider üçün vacib olan hansı xüsusiyyət var?
  • Disiplin
  • Nahar etmək üçün harasa gedirsiniz?
  • Çox nadir hallarda. İş günümü bölməyi sevmirəm. Bu insanın ritmdən çıxarır. Adətən iş yerimdə, masamda yemək yeyirəm və bu da 5-10 dəqiqə zamanımı alır;
  • Tətilinizi necə keçirirsiniz?
  • “Tətil” sözünün normal anlamında tətillərim olmur. İşim mənə enerji verir. Və bu işdən ayrılma hissi məndə olmur.
  • Saat neçədə oyanırsınız?
  • Saat beşdə

     Kitabda keçən ana sözlər :

     – problemlər

     – əzmkarlıq və möhkəmlik

     – təslim olmamaq

     – mübarizə

     Kitab, bu sözlərlə başlayır : bu kitabda mən, mənə çox yaxın və dəyərli olan bir məsələdən yazıram – təslim olmamaq haqqında”

     Nələri bu insanda bəyəndim :

  • Mübarizdir. İctimai rəyə qarşı gedə bilir. Böyük çinli məmurlarla mübarizə aparır və onlarla açıq qarşıdurmadan qaçınmır;
  • Böyük layihəni başladır. Üzərinə ciddi öhdəliklər götürür. Çox sayda problemlərlə qarşılaşır və bunları bir-bir həll edir;
  • Nəhəng layihələri sözün tam mənasında əzmkarlıqla həll edilr. 

     Bu kitabı oxumağı məsləhət edirəm mi?

     Bəli. Çox faydalı məlumatlar alacaqsınız və böyük motivasiya olacaq.

     Ümumilikdə kitab dəqiq və müəyyən alət və texnikalar haqqında deyil (əslində bunlar da var) – həvəsləndiri və insana bu əminliyi verir : əzmkarlıq və disiplin çox vacibdir və bəxt yoxdur.

     Kitab çox sadə dildə yazıldığına görə rahat oxunur.  

     Hərkəsə xoş mütaliələr arzu edirəm!

     Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın  

  Məlumatlandırma

      YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *