gm 9
Məqalələrim

Tailanda səyahətim

 

Azərbaycan Ağır Atletika Federasiyası üzvü olaraq Tailandda keçirilən Beynəlxalq Ağır Atletika Federasiyası Konqresi və Seçkilərində iştirak etdim. Bu məqaləni, Bangkok şəhərində keçirdiyim bir neçə gündə təəssüratlarını, gördüklərimi və hiss etdiklərimi paylaşmaq üçün yazdım. Məqalə, ancaq səyahətimin turistik hissəsi haqqındadır və Konqres və seçkilərə aid deyil – düşünürəm ki, bu haqda idman jurnalistləri yaz yazsalar daha doğru olar.

neq mot

konq

Gediş və gəliş

Uçuş üçün Qatar Airways şirkəti seçildi və yolda aldığımız xidmət, bizə göstərilən qayğını, fərqli millətlərdən olan əməkdaşlarının nəzakətli davranışları bu firmaya qarşı müsbət hiss oyatdı. Səfərimiz Bakı-Doha-Bangkok marşrutu ilə idi.

Təyyarədə gülməli bir hadisə baş verdi : bir qardaş önündə oturan ərəbə : “braat, ay im sorri, bir az qabağa ver də stuluvu” dedi :)

Təyyarədən endikdən sonra hava limanında qardaşım Kamranla əlaqə saxladım və danışdım. Ona “burada sanki biraz nəmişlik var” dedim. Dedi ki, tələsmə, hava limanından bayıra çıx, əsl nəmişliyin nə olduğunu görəcəksən :) Binadan çıxdığımız anda insanı sanki bir bürkü sarıyır – o qədər güclü və kəskin hiss edilən nəmişlik var.

Nəqliyyat

Təşkilatçıların avtobusuna oturduq və otelə gedərkən yanımızdan iki avtomobil keçdi və hər avtomobildə sol tərəfdə, sürücü yox idi. O anda şok olmuşdum ki, avtomobillər böyük sürətlə sürücüsüz (!!!) gedirlər. Ağlımdan ilk keçən fikir “bu ölkə nə qədər inkişaf edib ki, sürücüsüz gedir avtomobillər” oldu, amma sonra sükanların sağ tərəfdə olduğunu gördüm :)

Yol nəqliyyat qaydalarına insanlar bu ölkədə yəqin ki, çox ümumi baxırlar, çünki taksidə öndə oturanda özümü kamikadze kimi hiss edirdim. Maraqlı olan məsələ odur ki, hərkəs biri birini bir təhər “yola verir”, və orada olduğum günlər ərzində bir dəfə belə olsun siqnal səsi eşitmədim.

Şəhər motosikl və mopedlərlə doludur. Amma adamlar bunları qəribə şəkildə sürürlər : əksəriyyətinin başında qoruyucu kask yoxdur; ağzında siqaret sürənlər gördüm; bir neçə nəfər bir əli ilə sükanı tutub, digəri ilə telefonda sosial şəbəkələrdə idi (ekranı gördüm); bir dəfə öndə ata, arxasında ana, və aralarında bir körpə gördüm; bir neçə dəfə də ananın az yaşlı uşağı ilə sürdüyünü gördüm. 

Avtobusların bəziləri müasir olsa da, əksəriyyəti köhnə idi. Bir neçə dəfə bizdə öncə olan mikroavtobus tərzli nəqliyyat vasitələrini gördüm, amma arxaları açıq 

neqli

Taksi sürücüləri haqqında bir fikrimdə bir daha əmin oldum : bu insanlar ayrı bir təbəqədir. Ökəsindən asılı olmadan bunların hamısının ortaq bəzi xüsusiyyətləri var. Oteldən çağırılanlar xaricində şəhərdə saxladığınız bütün taksi sürücüləri müştərini aldatmaq istəyir. Misal üçün, birini durdurdum, soruşdum qiyməti, dedi 400 bat, mən güldüm, dedim 40 bat – buna da o güldü. Sonra 80 bata getdik :)

Maraqlı məqam – taksilərin əksəriyyəti çəhrayı rəngdə idi. Maraqlıdır, bizdə kişilər çəhrayı rəngdə taksi sürərlər? :)

IMG_8025

 

Şəhərdə küçələr təmizdir, amma təmiz deyil. Yerdə zibillərin olmaması mənasında təmizdir, ancaq binalar, fasadların təmizliyi mövzusunda sıxıntılar var (bizim şəhər meriyasından ora bir neçə “mütəxəssis” göndərmək lazımdır :)

bina

Şəhərdə demək olar ki, hər kvartalda-məhəllədə xüsusi məkan içərisində Budda heykəlləri var və önündə qidalar, sular və şamlar qoyulur. Buddaya qarşı olduqca diqqətli və ciddi olan bu insanlar, aeroportda möhür vurulan şüşəli pasport nəzarət kabinlərində də “Dinimizdə qarşı ciddi olmaq lazımdır, və Buddanı tatu kimi vurmaq olmaz” yazısı vardı 

buddha is not

Bazar və restoranlardan bizim üçün fərqli və hətta qəribə gələn ədviyyatların ətirləri gəlir. Ilk anda düşünürsən ki, mən bu iyə heç bir zaman alışa bilmərəm. Amma alışırsan :) Tam bəyənəcəyim mərhələyə çatmadan da geri dönməli olduq :)

Turistlərin ən çox ziyarət etdiyi Kaosan Road adlı bir küçənin olduğunu oteldən öyrəndim və ora getdim. Gündüzləri turistlər üçün maraqlı olan suvenir və hədiyyələrin satıldığı bir küçə olan Kaosan, gecələri klubların fəaliyyət göstərdiyi bir məkana çevrilir. Təbii ki, burada deyilən qiymətləri də ən az 2.yə, bəzən də 3.ə bölmək lazımdır. Mənə deyilən qiymətlərin 2 və ya 3-ə bölünməsi gərəkdiyini, satıcının üz ifadəsindən anlayırdım. Bizim 8.ci kilometr bazarında 3 dəfə alışveriş etmiş insanı Tailandda küçə satıcıları heç bir zaman aldada bilməz :)

kaosan

Yolda gedərkən bir meyvə/tərəvəz və üzərində “passion fruits” yazısını gördüm. Satan xanıma “What is the meaning of passion?” deyə soruşdum (o mənada ki, bu meyvə passion mu verəcək?). Xanım mənə diqqətlə baxdı və “You don’t know at this age what the passion is?” deyə cavab verdi (bu yaşda ehtirasın nə olduğunu bilmirsən?) :) . Səsində üzüntü notlarını da hiss etdim sanki :)  

pass

Küçədə ikən bir anda leysan yağış başladı. Anladığım qədəriylə, bu ölkədə daim belədir – bir anda yağış yağmağa başlaya bilir və ilin bəzi fəsillərində durmadan aylarla yağış yağır. 

Kraosan küçəsindən geri dönərkən Starbucks gördüm və kofe içmək və sərinləmək üçün ora getdim. Barista mənə adımı soruşdu ki, fincanın üzərində adımı yazsın, mən də ona “Adım Azərbaycandır, Azərbaycan yaz ora” dedim, çünki hesab edirəm ki, xarici ölkələrdə hamımız Azərbaycanıq. 

starb

Daha sonrakı səfərim, Bangkokun ən yüksək təpəsində “Gold Mount” adlı bir məbəd oldu. Dağın ən üst hissəsində olan məbədə uzun pilləkanlarla qalxmaq olur və müxtəlif aralıqlarla heykəllər və Buddanın olduğu otaqları görmək olur. Ən üst hissədə şam və çiçək almaq olur, xüsusi qaba çiçəyi qoyub, şamı yandırmaq və arzu tutmaq olur. Içi tamamilə səssizlik və möhtəşəm bir aurası olan bu məkanda insanın ruhu dincəlir sanki.

gold m

gm 3

gm 4

gm 5

gm 6

gm 7

gm 93

Aşağı enərkən diqqətimi insanlarla söhbət edən bir rahib çəkdi. Adamın ətrafında sanki müsbət bir hava əsirdi. O insanlarla söhbət edərkən, mən kənardan onun bədən dilni və üz ifadəsini izləyirdim. Məni gördü, baxdı və yanındakı bir xanıma məni və alnımdakı təri göstərərək nəysə dedi. Xanım mənə qabda sərin su verdi.

gm 8

Ona “Azərbaycanı tanıyırsan mı?” soruşdum və söhbət etdik, və daha sonra tərcüməçiyə “onunla şəkil çəkmək istədiyimi deməsini xahiş etdim. Razılıq verdi. Onu qucaqladım və selfi çəkdim, və o da gülməyə başladı. Səbəbini soruşdum, və tərcüməçi xanım dedi ki, onu adətən insanlar belə qucaqlamaz və selfi çəkməzlər :)

gm 9

Və rahib də sadə və möhtəşəm təbəssümü əlavə bu sözləri əlavə etdi  : “I made it for your happiness”. Sonra rahib xanıma dedi ki, mən də onun istədiyi kimi şəkil çəkim. Bu gözəl insana yox deyə bilməzdim.

gm 91

Otelə geri dönərkən ictimai nəqliyyatdan istifadə etdim. Metro ilə 7 stansiya bir mərkəzi stansiyaya, daha sonra da elektrikli qatarla bir stansiya otelin yanına qədər getdim. Metroda insanların növbə mədəniyyəti diqqətimi çəkən. Heç kim itələşmir, tələsmir, “ağıllı” davranaraq önə keçməyə çalışmır. Təsəvvür edin ki, bir qatarda 5 vaqon və 10 qapı var. Hər qapı önündə insanlar sıra ilə durur!.. Qatar gəlir, amma heç kim içəri özünü bir anda salmaq üçün çıxmağa çalışanlarla döyüşmür – gözləyirlər ki, öncə çıxanlar çıxsın, və daha sonra SIRAYLA hərkəs daxil olur. Qatarın yanında duran xüsusi geyimli rəsmi insan fit çaldığı anda hərkəs durur və qapıları bağlanan qatar yoluna davam edir.

metro

Ümumi olaraq yerli xalq haqqında bunu deyə bilərəm : zəhmətkeş, gülərüz insanlar. Kömək üçün müraciət etdiyiniz zaman mütləq kömək edirlər. Metroda polisə otelin ünvanını göstərdim, ingiliscə bilməməsinə baxmayaraq araşdırda metro işçilərindən və mənə kömək etmək üçün bir xəritə belə çəkdi.

Yazımın sonunda isə hərkəsə kiçik bir tövsiyyəm olacaq : cəmiyyət qarşısında nüfuzunuzu “sübut” edəcək  əşya və aksesuarlar arxasınca qaçmayın. Emosiyalar toplayın. Ən gözəl emosiyalar isə səyahətlərdə olur. İnsanın fərqli havada olması beyninə gözəl istirahət verir, dünya görüşünü artırır, düşüncə tərzi dəyişir, və ən əsası, insan anlayır ki, yaxşı insanlar, millət, xalq yoxdur – fərqlilər var və biz də kiminsə qəbul etdiyi standartdan fərqli olduğumuza görə, biz özümüz də bizdən fərqli olanları olduqları kimi qəbul etməliyik.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *