Fəxri Ağayevin bloqu

Təcrübə mi, təhsil mi?

Sual. Fəxri Ağayev olaraq Sizin üçün əsas təhsildir yoxsa iş təcrübəsi

Cavab. Şəxsən mənim fikrim budur ki, təhsil də vacibdir, təcrübə də. “Təhsil” sözü çox geniş bir anlam daşımaqdadır. Əgər bir insanın “təhsili” 4 il ərzində universitetə gedmək, imtahanlarda öncə imtahanlara hazırlaşmaq və oxumaq xaricində olan müxtəlif vəsait və vasitələrlə imtahanları keçməkdən ibarət olmuşsa – bu lazım olan təhsil deyil, tam tərsi – vaxt itgisidir

Fəxri Ağayev olaraq mən hər bir əməkdaşda axtardığım ana xüsusiyyət – inkişafa meyilli və inkişaf potensialı olmasıdır. Inkişaf potensialı olan və firma ilə böyüməyə meyilli olan və gələcəkdə daha da böyük vəzifələrə təyin edilə biləcək insanları işə götürmək, yüksək kvalifikasıyası olan, ancaq inkişafa meyilli olmayan “mütəxəssisi” götürməkdən üstün tuturam.
Yüksək kvalifikasiyalı mütəxəssi işə götürmək qısa müddətdə olan problemləri həll edir, ancaq bunu unudmamaq lazımdır ki, əgər firma uzun müddətdə inkişaf etmək istəyirsə, o zaman bu şirkətə onunla bərabər inkişafa hazır olan insanlar lazımdır. Bir firmada insanların “komfort bölgəsinə”girməsi o firmanın inkişafının insanları inkişafı ilə bərabər durması deməkdir.

Əməkdaşlarda diqqət etdiyim digər bir xüsusiyyət – insanda müsbət enerjinin olmasıdır. Müsbət enerjinin olması nə deməkdir? Daim irəliyə gedmə istəyi, aktiv fəaliyyətdən həzz və dəyişikliklərdən zövq alma.
Müsbət enerji daşıyan insanların, bir qayda olaraq, ünsiyyət qabiliyyətləri güclü olur və onlar daha optimistik olurlar. Insanlarla əlaqə qurmaqda sıxıntı çəkmirlər, gün ərzində gumrahlıqlarını qoruyurlar və nadir hallarda yorğun görünürlər. Bir sözlə, müsbət enerjili insanlar həyatı və həyatın hər tərəfini sevirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *