fate.Sudba
Sual və cavablar bölməsi

Sürət və ya öndə olmaq

Sual. Həyat bir marafondur. Sizcə bu marfonda sürət önəmlidir, yoxsa öndə gedmək?

Sual müəllifi : Sevinc Saleh qızı Qasımova.

Cavab : Bizim inkişafımızda vacib olan ilk öncə istiqamətdir. Biz gedəcəyimiz istiqaməti bilməliyik ki, gündəlik və həftəlik işlərimizi ona görə tənzimləyək.

Düşünün ki, bir insan binaya yaxınlaşır və 20.ci mərtəbəyə çıxmalıdır. Daxil olur bloka, başlayır böyük sürətlə qaçmağa. Hər yuxarı çıxdığı mərtəbə ilə sevinir, yorulur, sonra istirahət edir və yoluna davam edir. Nəhayət ki, 20.ci mərtəbəyə çıxır – və görür ki, səhv bloka girib, əslində başqa bloka birməli imiş. Bəzi insanlar həyatlarını belə yaşayırlar – çox işləyirlər, yorulurlar, və həyatının sonuna çatanda görür ki, tamamən səhv dəyərlərə görə yaşayıb və səhv istiqamətdə yol gediblər. 

Yaponların gözəl bur arasözü var “Əgər Siz səhv istiqamətdə gedirsinizsə, sizin nə qədər sürətlə getdiyiniz çox da vacib deyil”. 

Öndə olmaq mövzusu. Hesab edirəm ki, biz digər insanlarla yarışmamalıyıq : bizim yarışacağımız yeganə insan özümüzük. Çalışmalıyıq ki, hər keçən günümüzdə biz öz inkişafımızda kiçik də olsa, bir kərpic qoyaq. Hər gün, hər həftə biz öncəki durumumuzdan, bilik və vərdişlər səviyyəmizdən ilərilə olmalıyıq. Müvəffəqiyyət uzun yoldur, amma bu yolu hər gün bir addım belə ataraq qət etmək mümkündür. Vacib olan hər gün durmadan, mənəvi vəziyyətimiz və motivasiyamıza baxmayaraq disiplinli şəkildə bu yolda addımlamaqdır.

Sual üçün təşəkkür edirəm.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *