Gördüklərim, eşitdiklərim

Şişmə oğlanlar :)

YAY GƏLİR – KAÇOKLAR GƏLİR !!! 
Yay fəsli gələndə şəhərdə şişmişlərin və kaçokların sayı artır. Standart kaçok tipi – damdar köynək (ən az 2 ölçü az), qollar aralı – qanadlar geniş olduqlarına görə imkan vermirlər ki, normal tutusun onları; baş dik; əsas işlədiyi əzələlər – biseps və boyun. Və gəzmə şəkli – sinə öndə, qollar aralı, “arxa hissəsi” tam arxada, ayaqların biraz aralı. Gəzəndə başını “hafifçe” sağa sola yellədir.
Baxışlar – soyuqqanlı və döyüşə hazır və Mitxun Çakroborti ilə Jason Statham qarışığı. Ağız biraz aralı. Saatdan asılı olmadan günəş eynəyi – kimə nə zaman hücum edəcəyi öncədən bilinməməlidir. Hər vitrin önü, güzgü və mağaza önündən keçəndə özünə baxır və həzz alır. Özü özündən.
Hər 2 dəqiqədə ən az bir dəfə boynunu sağa-sola tərpədir və bu da onun hər an döyüşə hazır olduğunu göstərir – misal üçün, düz 28 Mall-un ortasında.
Bu yoldaşları bir neçə kateqoriyaya bölmək olar :
1) cıraram; 2) sındıraram; 3) ağladaram.
Arıq və “bədən” olmayan eynəkli bir oğlanla gəzən xanımları anlamır – axı bu oğlan onu təhlükə halında qoruya bilməz.
Söhbət mövzuları :
1) jimdə nə qədər sıxırsan?
2) keçən həftə kimi, necə və hansı formada sındırdım;
3) Bakıda kişi qalmayıb;
4) Papa dzanı, İngilizcə bilsəydim, BP-yə işə düzələrdim;
5) sən ətağa, bir dənə o qızın yanındakı oğlana bax. 2 saniyədə aşırdaram onu.

Məlumatlandırma

YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *