11425514_829824067113228_5400664111176065370_o111
Sual və cavablar bölməsi

Şəxsi effektivlik bizi robot edər mi?

Sual : Bütün həyatımızı sağlamlıq xatirincə idmana, yaxşı həyat naminə özünü inkişafa işə həsr etsək vaxt itgisidir əyləncədən uzaq olsan robot həyatı yaşamış olmarıq?

Sualın müəllifi : Fəridə Paşayeva

Cavab :  Məsələ odur ki, bizim həyatımızda bütün vacib olan sahələrə diqqət ayırmağımız qeyri adi zaman və özümüzü ona həsr etməyimizi tələb etmir.

Həyatımızda diqqət, zaman və enerji ayırmağımız gərəkən hər bir sahə üzrə bir bir baxaq.

Sağlam olmaq üçün :

  • Doğru qidalanmalıyıq : zaman tələb etmir və seçim məsələsidir. Fast-food, ağır yeməklər, zərərli içkilərdən uzad durmaq lazımdır;
  • Səhər oyandıqdan sonra yüngül idman etməliyik : 10 dəqiqə zaman lazımdır;
  • “Fit” görünmək və özümüzü formda saxlamaq üçün idman etməliyik : doğru qidalanma ilə parallel olaraq hər gün cəmi 20 dəqiqə TAM kifayətdir.

Inkişaf məsələsi :

  • Kitab və məqalə oxumaq : gündə cəmi 30 dəqiqə zaman ayırsaq, bir ildə 24 kitab deməkdir.
  • Hər ay bir seminar və ya maraqlı çıxış, təlim, konfransa gedsək : ayda 3-5 saat. Gün sayına bölsək 10 dəqiqəyə bərabər olacaq.

Əyləncədən uzaq durmaq : qətiyyən uzaq durmamaq lazımdır. Istirahət də etmək lazımdır.

 

İndi isə təsəvvür edin : hər gün bizə verilən 1440 dəqiqənin cəmi 60 dəqiqəsini ayırmalıyıq.  Burda robotun həyatı ilə bənzərlik var? :)

Məqsədimiz həyatımızı rəngli etmək və bizim üçün vacib olan dəyərlərə zaman ayırmaqdır. Məqsəd ağır zəhmətlə işləmək deyil. Məqsəd – effektiv işləməkdir.

Həyatdan və həytımızın bütün rənglərindən zövq almaq üçün sağlam olmalıyıq.

Həyatdan geri qalmamamq üçün inkişaf etməliyik

İnkişaf etmək üçün hər gün saatlarla kitab oxumaq lazım deyil.

Mənəviyyatımızı itirməmək üçün oxumalıyıq.

Sağlamlığımızı və orqanizmimizi bilmək üçün oxumalıyıq.

Həkimlərin qapılarını döyməmək üçün oxumalıyıq və öyrənməliyik.

 

Əyləncədən isə uzaq durmaq qətiyyən olmaz, tam tərsi, həyatımızın bütün rənglərini yaşamalıyıq. Burda vacib olan məqam “əyləncə” nədir?  Əgər əyləncə “5 günlük dünyadır, yaşayaq da” sözləri və içki içmək, siqaret çəkmək və ağır yeməklər yeyərək mədə-bağırsaq, qara ciyərimiz və damaralrımıza zərər verməkdirsə, bu əyləncə deyil, işgəncədir.

11425514_829824067113228_5400664111176065370_o

Leave a Reply

Your email address will not be published. Required fields are marked *