1
Sual və cavablar bölməsi

Uğur müvəffəqiyyətdir və ya xoşbəxtlikdir?

12.03.2016 tarixində İqtisad Universitetində tələbələr üçün keçirdiyim Seminarda verilən sualların içində seçilən  qalibin sualı və mənim cavablarım aşağıdadır.

Maraqlı suallar verdiklərinə görə hərkəsə təşəkkür edirəm, qalibləri isə təbrik edirəm. Qaliblərə mükafat olaraq mənim kitabımın verilməsi üçün görüşə dəvət ediləcəklər.

SUAL : Uğur müvəffəqiyyətdir, ancaq uğur xoşbəxtlikdir mi? Məsələn, yaponlar ən uğurlu xalqlar sırasındadırlar, orada ola bilər mi ki, arzuladığımız uğur bizə xoşbəxtlik gətirməsin?

Müəllif : Zərövşən Hüseynli, İqtisad Universiteti

Cavab :  Uğur sözünün nə qədər geniş mənada və ya həyatımızın hansı sahəsində uğur sözünü istifadə etməyimizə bağlıdır.

Günümüzdə “uğurlu insan” obrazı adətən xarici aksesuarların mövcud olması ilə əlaqələndirilir. Iş həyatında karyera quran, peşəkar olaraq inkişaf edən, maddi imkanları güclü olan, vəzifə və tanınmışlığı olan insanın cəmiyyətdə “müvəffəqiyyətli insan” olaraq qəbul edilməsi əslində əslində mövzunu çox daraldmış olur.

Həyatımız ancaq iş, karyera və peşəmizdən ibarət deyil. Peşəkar həyatımızla bərabər bizim ailələrimiz, qohumlarımız və dostlarımız var ; bizim çox vacib sağlamlıq məsələmiz var ; bizim mənəvi dünyamız var. Bu sahələrin hərhansısa birində insan müvəffəqiyyətli olmadığında, o digər hissələrdə qazandığı uğurların dadını tam ala bilməz.

  • Maddi imkanları geniş olan, ancaq səhhətində sıxıntıları olan və sağlamlığına zaman ayırmayan insana xoşbəxt demək olar mı?
  • Karyera etmiş və sağlamlığına zaman ayıran, ancaq ailəsi və övladları ilə kommunikasiya qurmağa zaman ayırmayan insan sözün tam mənasında müvəffəqiyyətlidir mi?

Təəssüflər olsun ki, bizlər karyera, maddi imkanlar və vəzifələr üçün bütün zaman və enerjimizi verərək bütün digər vacib sahələri qurban veririk. Ancaq mühim məsələ odur ki, həyatımızın bir hissəsində olan müvəffəqiyyət digərlərində olan problemləri və ya uğursuzluqları kompensasiya etmir, çünki həyat ayrılmaz bir bütövdür.

Gün ərzində cəmi 24 saatımız var, və biz bu məhdud zaman ərzində həm inkişaf etməliyik, işimizə, sağlamlıq, ailəmizə və dostlarımıza da zaman ayırmalıyıq.

Xoşbəxtlik ancaq peşəkar həyatda müvəffəqiyyət uğurunda yarış və qaçış deyil – o, hər gün yaşadığımız zamanın keyfiyyətidir.  Yaşadığımız zamanı isə keyfiyyətli edən maddi imkanlar deyil.

1 

Məlumatlandırma

YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *