Mərmərə Univeritetində ən çox yadınızda qalan hadisə?

13.03.2016 tarixində ASAN Könüllüləri Təşkilatı Təlim və İnkişaf Mərkəzində Könüllülər üçün keçirdiyim 2.ci Seminarda verilən sualların içində seçilən  qalibin sualı və mənim cavablarım aşağıdadır.

SUAL : Təhsil aldığınız Mərmərə Univeritetində ən yadda qalan hadisə?

Müəllif : Fariz Nəzrullayev, ASAN  Xidmət

Hadisə 1. Mənimlə bir kursda bir tələbə ixuyurdu, Elgün adında. Gğzləri görmürdü. Kor idi. Qara eynəklə gəzirdi. Bu insanda olan həyat sevgisi iki gözü olan çox insanda görmürəm.

Hər gün evdən çıxırdı, universitetə TƏK gəlirdi. 2 avtobus dəyişirdi. Əlində bir çubuğu vardı, onunla divarara vura vura gəlirdi. Bütün dərslərdə otururdu, “record” cihazına yazırdı müəllimlərin səsini, dərslərdən sonra yenə də özü evə gedirdi.

Ölkənin siyasi, idman, sosyal həyatı haqqında TAM məlumtlı bir insan idi. Bizlərdən onu fərqləndirən ancaq gözlərinin görməməsi idi. Ancaq bu nöqsanı digər xüsusiyyəti ilə “kompensasiya” edilirdi sanki. ÇOX güclü eşitmə qabiliyyəti vardı. Universitet koridorunda yüzlərlə tələbənin olduğu yerdə – hərkəs danışırdı, yüksəl səsli söhbətlər, gülənlər – ona səssizcə yaxınlaşırdım və heç səs çıxarmadan əlimi onun çiyninə qoyurdum və o da mənə “Fahri kardeş, nasılsın?” deyə soruşurdu.

Hadisə 2 : Əslində universitet illərimndə yadda qalan hadisələr çox oldu. O dövrlərdə Türkiyədə oxuyan dostlarımızın hamısını ordakı həyatı çox ağır idi. Dərs oxumaqdan başqa gündəlik həyatın çətinliklərinə o zamandan alışırdıq artıq. Çox sadə düsturlarla yaşayırdıq : pulun varsa, yeməyin var, yoxdursa – yoxdur. Yemək olsa da, olmasa da, ac ya da tox – dərslərini oxumalısan. Çox acsansa – get işlə. Amma imtahanlarını yenə də verməlisən.  Eyni otaqda 4 nəfər qalmaq. Ac olmaq. Imtahan dövrlərində pendirlə çörək yemək.  Xəstələnəndə valideyinlərinin yanında olmaması. Bu yazdıqlarım quru sözlər kimi görünsə də, mənim kimi Türkiyədə o dövrlərdə oxuyan hərkəs bu sözlərin arxasında NƏLƏRİN olduğunu çox gözəl bilir. 

Indiyə qədər O GÜN yadımdadır : bir gün ərzində 2 imtahanım olacaqdı : səhər saat 10.00-da və 16.00-da. Yanımda ancaq yol pulum vardı – universitetə bir dəfə gedib geri dönmək üçün. Universitet yataqxanadan ÇOX uzaqda idi. Səhər yemək yemədim, imtahana getdim. 11.00-da imtahandan çıxdım. May ayı idi. Ətrafımda hərkəs yaşıllıqlarda uzanmışdı, sevinirdilər, yemək yeyirdilər, çay kofe içirdilər. Mən isə 16.00-a qədər digər imtahanı ÇOX AC olaraq gözləməli idim. Bu işin bir tərəfi. Digər məsələ o idi ki, mən bilirdim ki, imtahandan sonra isti evimə geri dönmürəm ki, Anamın bişirdiyi qaynar və doyurucu  yeməklərdən  yeyim : yataqxanaya geri dönəcəkdim ki, yeməkxanadakı adama xahiş edim ki, mənə borca bir pendir və yarım çörək versin.

17.00-da imtahan bitdi və mən yataqxanaya  geri dönürdüm.  Indiyə qədər o an  yadımdadır : pendirlə çörəyi necə yeyəcəyimi düşünürdüm və özümü çox çarəsiz, tam divara sıxılmış hiss edirdim.

Yataqxanaya gəldim, və kafedə işləyənə xahiş etdim ki, mənə pendirlə çörək versin, borca yazsın… pendirlə çörəyi alanda bir ana pişik gördüm, yanında balaları vardı. Kafe rəhbərinə dedim ki, mənə ancaq kolbasa ver. Kolbasanı aldım və ana pişiyə verdim. Özüm isə onların kolbasa yeməyinə və tox və rahat şəkildə özlərini yalamağlarına baxdım.



(Next News) »



Leave a Reply

Your email address will not be published. Required fields are marked as *

*