2 (2)
Məqalələrim

Seminar Marafonu – Mərhələ 1

2016.cı il Mart ayı üçün peşəkar, idman və sağlamlıq, inkişaf şəxsi həyat sahələrində planlarımla bərabər həm də hər zaman olduğu kimi gənclərə dəstək mövzusunda geniş fəaliyyət nəzərdə tutmuşdum.

Bu istiqamətdə planım belə idi :

  • Bakı, Gəncə və Sumqayıt şəhərlərində universitet və müxtəlif gənclər təşkilatlarında seminarlar keçirmək.
  • Layihə ümumi adı “Seminar Marafonu”dur. Adını belə təyin etməyimin əsası ondadır ki, durmadan, yorğun olmağıma baxmadan marafonda olduğu kimi, ancaq iradə gücü və disiplinlə getdiyim yolu sonuna qədər davam etmək.
  • Seminar adı : “Müvəffəqiyyət. Şərtlər vacibdir mi?”

Müraciət etdiyim hər bir universitetdən müsbət cavablar aldım və marafon başladı

Seminar keçirilmə yer və tarixləri belə oldu 

Odlar Yurdu Maqsitratura tələbələri                        02.03.2016

Slavyan Universiteti                                                04.03.2016

Dövlət İdarəçilik Akademiyası                                 05.03.2016

Xarici Dillər Universiteti                                           10.03.2016

Memarlıq və İnşaat Universiteti                              11.03.2016

İqtisad Universiteti                                                   12.03.2016

Sumqayıt Gənclər Evi                                             12.03.2016

ASAN Könüllüləri Təşkilatı                                     13.03.2016

ASAN Könüllüləri Təşkilatı                                     13.03.2016

Sumqayıt Dövlət Universiteti                                  15.03.2016

Azərbaycan Texnologiya Universiteti, Gəncə         16.03.2016.

 

Bu seminarlarda iştirak edən gənc sayı toplam 1600 nəfəri keçdi.

Hər seminarda gənclər üçün TƏKLİFİM oldu :

  • Suallarını yazılı yazsınlar
  • Ən yaradıcı və cavabı hərkəs üçün faydalı və maraqlı olacaq sual verən insanlara auditoriyada insan sayına bağlı olaraq 1 -2 – 3 kitabım hədiyyə olacaq
  • Sualların cavablandırılması bloqumda olacaq və hədiyyələri vermək üçün gənclərlə ümumi bir görüş keçiriləcək.

Bu “marafon” haqqında qısa əlavə məlumatlar 

– İqitsad Universitetində seminar bitən kimi Sumqayıtdakı seminara getdim və bir seminar daha orada verdim.

– Sumqayıtda seminarım bitdi, Gəncə şəhərinə yola çıxdım, axşam çatdım, səhər seminar verdim və dərhal Bakıya geri döndüm – işlərim məni gözləyir .

– Bəzi günlərdə 2 seminar verdim. 

– 39.5 qızdırma ilə 2 seminar verdim. 

– Boğazım ağrıdığına görə danışmaqda çətinlik çəksəm belə bir seminarı belə ertələmədim

Bütün bu əmək əziyyət və yorğunluğun nəticəsində iştirakçılardan aldığım müsbət fikirlər və rəylər mənim doğru yolda olduğumu mənə bir daha sübut etdi və mən daha da böyük sürətlə yolumu Aprel ayında da davam edəcəm.

Gənclərlə ünsiyyətdən böyük zövq aldım. Inkişaf etmək istəyən, gələcəyini düşünən və gələcəyi üçün zaman və enerjisini doğru xərcləyən gənclərimizin olması məni ÇOX sevindirir.

20 il sonra ölkəni, biznesi, iqtisadiyyatı, dövlət qurumlarını idarə edəcək gənclərimizə bizlər bu gündən etibarən həm doğru yol göstərməliyik, həm şəxsən öz davranışlarımızda nümunə olmalıyıq. Və mən gənclərimizlə FƏXR EDİRƏM !!!

2 (2)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *