12351680_10205284544088566_1387990489_o
SAXLA ZAMANI, GƏLƏR ZAMANI

“SAXLA ZAMANI, GƏLƏR ZAMANI” Kitabı Məqsədləri

Bu kitabı yazmaq məqsədlərim

Bu kitabı yazmaqda əsas məqsədim gənclərə bütün həyatınızın şəxsən sizin əlinizdə olduğunu; həyatınızı və qiymətli zamanınızı effektiv olmayan işlərə və fəaliyyətlərə xərcləməməli olmağınızı; hər birinizin içində çox böyük potensialın olduğunu və özünüzə o potensialı açmaq üçün şans verməniz gərəkdiyini; şans, uğur, qismət, bəxt kimi hallara güvənməmə və öz gələcəyinizin və müvəffəqiyyətinizin memarı özünüzün olduğunu göstərməkdir.

Bu kitabın məqsədi bizim hər şey olduğumuzu göstərməkdir. Biz və şəxsən biz və başqa da heç kim bizim qərarlarımızın nəticələrinə görə məsuliyyət daşımır. Biz özümüz xoşbəxtliyimizin və xəyallarımızın qurucusu və dağıdıcısıyıq.

Mənim bütün çıxışlarım, seminarlarım və indi bu əlinizdə tutduğunuz kitab mənim bir neçə əsas prinsiplərim və inanclarım üzərindədirlər:

 – Azərbaycanda müvəffəqiyyətli olmaq olar və lazımdır. Bizim uğurlu olmağımızın qarşısında olan hər vəziyyətə rəğmən;

– bizim böyük nailiyyətlərimiz bizim gündəlik aldığımız çox sayda qərarların nəticələridir;

– biz özümüz hər gün hərəkətlərimizin seçimini edirik və bu seçimlərin nəticəsində öz müvəffəqiyyətlərimizə görə məsuliyyəti də özümüz daşıyırıq;

– öz vicdanınız və Yaradan qarşısında təmiz qalaraq biz öz ölkəmizdə müvəffəqiyyət əldə edə bilərik və müvəffəqiyyətli karyera qura bilərik.

Mən öz ölkəmi sevirəm və hesab edirəm ki, bizim Vətənimizin inkişafı hər birimizin inkişafındadır. Mən əminəm ki, ölkəmizin gələcəyi nə neftdədir, nə qazda, nə təbii sərvətlərdə: ancaq elm və təhsildədir. Ölkəmizdə hər şey elmə əsaslanmalıdır və hər kəs daim inkişaf etməlidir. Mən əminəm ki, hər bir azərbaycanlının şəxsi kredosu “həyat boyunca təhsil” olmalıdır.

Bu kitab, sadəcə, oxumaq üçün maraqlı bir kitab deyil və bu gənclərə müraciət deyil. Bu kitab – hərəkət etmək üçün çağırışdır. Dəyişmək üçün başlama zamanı haqqında çağırışdır. Məhz indi, çünki zaman nə bizi, nə bizim “vacib” işlərimizin bitməsini gözləyir; və zaman geri dönülməz şəkildə bizim heç bir bəhanəmizi dinləmədən gedir.

Kitab haqqında

Bu gün üçün şəxsi inkişaf, disiplin, zamanın idarə olunması və şəxsi effektivlik haqqında o qədər kitab yazılıb ki,  bəzən adama elə gəlir ki, yazılanlara heç nə əlavə etmək olmaz. Ancaq bizim həyatımız dinamikdir, ətrafımızda olan dünya inkişaf edir, texnika, elm, biznes irəli gedir, həyat daha da aktiv olur, və bu səbəbə görə də yeni, sınanmış və yoxlamadan keçmiş texnikalara və alətlərə olan tələbat eyni səviyyədə qalır.

Bu kitabın hansı xüsusiyyətlərini mən vurğulaya bilərəm?

– Bu kitabda yazılan hər şeyi şəxsən özüm istifadə edirəm.  Kitabda yazılan bütün texnika və alətlər mənim tərəfimdən dəfələrlə sınanıb və mən bunları, sadəcə, istifadə etmirəm – mən bunlardan böyük fayda əldə edirəm. Bu kitabda yazılan elə bir məqam yoxdur ki, mən onu məsləhət edim ancaq özüm istifadə etməyim:

– kitabda ağır və mürəkkəb terminlərin istifadəsindən tam qaçınmağa və kitabı sadə və rahat oxuna biləcək şəkildə yazmağa çalışdım. Müasir texniki gadget-lərin istifadəsi haqqında heç nə yazmıram, çünki hesab edirəm ki, gündəlik planın kağız parçası və ya ən son gadget-də yazılması arasına fərq yoxdur, əgər insan bunu icra etməyəcəksə.

– bu kitabda mən bizdən uzaq Amerika və ya Yaponiyada istifadə edilən hər hansısa  texnika və ya metodları göstərmirəm və daha çox ölkəmizdə tələbələrin və gənclərin qarşılaşdıqları real nümunələri misal olaraq göstərirəm;

– hər zaman seminarlarımda vurğuladığım kimi, mən heç kimə heç nə öyrətməyəcəm – mən, sadəcə, öz məlumatlarım və təcrübəmlə paylaşacağam, və bu kitabı oxuyan hər kəs öz nəticələrini çıxararaq öz qərarlarını verəcək;

– kitabda möcüzələr və ya şokedici yüngül texnikalar olmayacaq. Mən özüm qətiyyən həyatda möcüzələrə inanmıram – inandığım ancaq ağır zəhmət, əzmkarlıq və iradə gücüdür. Əslində bizim həyatımızda olan müvəffəqiyyət çox sadədir: bunun üçün lazım olan işləri icra etmək kifayətdir.

Kitabı aşağıda yazılı olan ünvanlardan əldə etmək olar

1. Kitabevim.az

2. “Ali&Nino” Mağazalar şəbəkəsi

3. “Akademiya” kitab evi

4. Özsüt kafe. Atatürk parkı. Özsüt kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

5. Sumqayıt Təlim Mərkəzi,  4-cü mkr. Tarix muzeyinin yanın.Zəka Kitab evinin arxası, 055-204-82-30

6. Baku Roasting Company. Bu kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

7. Telefonla sifariş və ünvana çatdırma xidməti  : 051.465.47.61

Leave a Reply

Your email address will not be published. Required fields are marked *