Fəxri Ağayevin bloqu

Sağlamlıq, Həkimlər və Möcüzə

Azərbaycana Türkiyədən geri döndüyüm zamandan bu günə qədər ölkəmizdə insanların səhiyyəmiz, həkimlərimizin bilk və ümumi olaraq tibbimizin səviyyəsindən və keyfiyyətindən narazı olduqlarını görürəm.

Bir müddət sonra diqqətimi çəkən bir neçə məqam oldu, ancaq düşünürdüm ki, insanlar haqlıdırlar : bəlkə, səhiyyəmiz həqiqətən də zəyifdir. Sağlam həyat tərzi, doğru qidalanma və aktiv yaşama keçdikdən sonra həkimlərimiz və səhiyyəmizdən şikayət edən hər bir hala daha diqqətli analiz etməyə də diqqət etməyə başladım.

Bu müşahidəm çox maraqlı bir neçə məqamı ortaya çıxardı :

  • insanlar həkimlərə və tibbə ƏN SON anda müraciət edirlər ;
  • ən son anda müraciət etməsinə baxmayaraq insanlar həkimdən və tibbdən möcüzə gözləyirlər ;
  • öz sağlamlıqlarına illərlə laqeyid və məsuliyyətsiz yanaşmalarına baxmayaraq həkimlərin bir anda bütün problemləri aradan qaldıracağını düşünürlər ;
  • səhhətində olan problemlərin həll olunmasında insan özü passiv rol daşımaq istəyir, yəni itirdiyi sağlamlığı satın almaq niyyətindədir.

Gözünü açandan siqaret çəkən, stresi ilə mübarizə apara bilməyən, nə gəldi yeyən və səhhətinə illərlə zərər verən bir insan son anda həkimə müraciət edir və TİBBİN aciz olduğu vəziyyət qarşısında həkimlər günahlandırılır.

Bir dəfə ailəmizə yaxın bir insan rəhmətə getmişdi. Hüzür yerində mənə onun haqqında danışanlar rəhmətə gedəni belə tərif edirdilər : “Divar kimi idi. Əsl pəhlivan idi. Bir oturuma 4 qab bozbaş yeyirdi, sonra da şirniyyat. Həkimlər onu öldürdü”. Təbii ki, siqaret də çəkirdi, içki də içirdi. Həkimlərin qarşısında ölçüsü böyük ancaq dözümlülüyü sıfır dərəcədə olan, illərlə dağıdılmış bir orqanizm gəlmiş.

Həkimlər haqqında bilməyimiz lazım olan vacib bir neçə məsələni vurğulamaq istəyirəm :

– Həkimlər möcüzə edə bilmirlər. Müalicə edirlər. Amma müalicənin effektiv və müsbət nəticəli olması üçün xəstə ÖZÜ səy göstərməlidir və həkimin dediklərini etməlidir ;

– Həkim sağlamlıq vermir – həkim səhhətdə yaranan problemi həll edilr.  Sağlam qalmaq insanın ÖZÜNÜN işidir. Bunun üçün də xəstə olduqdan SONRA yox, ÖNCƏDƏN doğru və zamanında qidalanma qaydalarına riayət etmək lazımdır ;

– Sağlamlığında olan problem həkimin dərdi deyil, insanın özünündür.

– Bir insanın 40 il ərzində dağıddığı qara ciyəri həkim qısa müddətdə bərpa edə bilməz ;

– Sağlamlığı pul ilə satın almaq mümkün deyil. Mümkün olsaydı – milyardları olan və dünyanın ən güclü mütəxəssislərini evinə gətirə biləcək gücdə Steve Jobs ölməzdi.

 

UNUTMAYAQ ki, ölkəmizdə tibbimiz də, digər sahələrimiz kim inkişaf etməkdədirlər. Sürəti güclü ya da zəyif ola bilər. 

Razıyam  – tibbimiz inkişaf etməlidir. Amma ölkəmizdə bir çox sahələr inkişaf etməlidir və ya inkişaf mərhələsindədirlər.

Sağlamlığımızla əlaqədar əsas mühim məsələ odur ki, biz sağlam həyat tərzini sürdürsək, bir çox problemlərin qarşısını almış olarıq.

Hərkəsə sağlam və gözəl həyat arzulayıram!!!!!!!

спорт_Девушка_тренировка

Leave a Reply

Your email address will not be published. Required fields are marked *