Видел и слышал

СТУДЕНЧЕСКИЕ ВОСПОМИНАНИЯ

Türkiyədə oxuduğum dovrlərdə yataqxanada olan bütün pişikləri yedirirdim. Yaxın dostlarım hər zaman bu mövzuda mənimlə zarafat edirdilər.
Dəfələrlə olub ki, son pulumla onlara kolbasa-sosiska alıb vermişəm.
Hələ də yadımdadır ki, bir dəfə axşam yataqxanaya geri dönəndə yanımda ancaq 100 qr kolbasa və yarım çörəklik pul var idi. Bu da mənim bu axşam və təqaüdə qədər qalan günlər üçün olan yeganə yeməyim olacaqdı.
Yataqxanaya gələndə bir neçə ac pişik balaları və onların analarını gördüm. Əlimdəki kolbasanı onlara verdim, özüm isə elə yarım çörək yedim….

İndidə hər zaman avtomobilimdə it, pişik və quş yeməkləri var. Küçədə heyvanları görəndə, təbəllik etmirəm, avtomobili durdururam və onlara yemək verirəm.

Leave a Reply

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *