16559324_10154578915513649_866347593_n
Резюме книг

(Azərbaycan) Biznes Liderin Pozması Gərəkən 10 Qanun

Müəllifin şəklini tapmaq

Mütəmadi olaraq xarici dillərdə müxtəlif mövzularda kitablar oxuyuram. Adətən idarəçilik, peşəkarlırq, məşhur insanların həyatları haqqında ədəbiyyatdır.
Olduqca maraqlı və dəyərli fikirlər olan kitablardır və mənim bu günə olan bilik və təcrübəmlə belə mən hər gün hər kitabdan nələrsə öyrənirəm.
Təəssüf ki, hərkəs xarici dil bilmir; hərkəsin bu kitabları əldə etmə imkanı yoxdur və ya bunları oxumağa zaman tapmaqda çətinlik çəkir.
Qərar verdim ki, bloqum vasitəsi ilə oxuduğum kitabların xülasələrini Azərbaycan dilində hərkəslə paylaşım — maraqlı məqamlar, hadisələr, faydalı cümlə və ya düşüncələri.
Niyə bunu edirəm? Çünki dərindən, ruhumda inanıram ki, Azərbaycanın gələcəyi ancaq və anca bilik və elmdədir və bunun üçün mənim də payım və zəhmətim olmalıdır.
Bu kitabları almağa maddi imkanı və oxumağa zamanı olmayan insanlara bu şəkildə dəstək vermək istəyirəm.
Həyat kredolarımdan biri budur : biliklərimi, bildiklərimi, savad və təcrübəmi paylaşmalıyam.
Bir məsələni daha qeyd etmək istəyirəm. Müəlliflərin yazdıqları ilə əlaqəli mənim əlavə fikirlərim, bildiklərim, təcrübəm və ya Azərbaycanla əlaqəli məsələlər varsa, onları “FA” ilə qeyd edəcəm.

Beləliklə, birinci kitab.
Kitabın adı Biznes Liderin Pozması Gərəkən 10 Qanun
Müəllif Donald Raymond Keough
Kimdir Coca-Cola şirkətinin eks Prezidenti
24 Fevral 2015.ci tarixdə 88 yaşında dünyasını dəyişən Donald Raymond Keough Coca-Cola şirkətində 1950-2013.cü illər arasında işləyib. Məhz elə Donald Raymond Keough.un fəaliyyətinin nəticəsində biz bu gün bu uğurlu şirkəti görürük.
Bu kitabın adını belə yazmaqda məqsədi də budur : Donald Raymond Keough hesab edir ki, biznesdə uğursuz olmaq çox sadədir və bunun üçün də kitabında qeyd etdiyi 10 səhvi etmək kifayət edəcəkdir.
Kitaba ön sözü məşhur Warren Baffet yazmışdır və bu sözlərlə başlayır kitab haqqında fikirlərinə : “Bütün həyatım boyunca bir kredom vardı : məndən nədəsə üstün olan insanlarla yaxın ünsiyyətdə olmaq. Bu prinsipim, həm ailə qurmağımda, həm də Donald Raymond Keough ilə əlaqəli doğru olmuşdur”

Kitabdan
Hər bir qurum süni strukturdur və nəysə etməyə və ya etməməyə qadir deyildir. Səhvləriinsanlr edir və biz anlayırıq ki, biznes çökəndə ancaq o şirkətin liderlərini və rəhbərlərini günahlandırmaq lazımdır. Hər şirkət bir məhsuldur və liderinin, sahibinin davamıdır; hər şirkət, onu idarə edən insanların uzun kölgəsidir.
FA – çox razıyam bu fikirlərlə. Buna görə də mənə şirkət sahibi “əməkdaşlarım, firmam necədir?” sualını verərkən mən onlara “sənin kimi” cavabını verirəm.

Komfort zonası
Həyatımız daha zəngin, komfortlu və rahat olduqca bizim risklərdən qaçınma hissimiz artır. Bu, müvəffəqiyyətin dünyaya gətirdiyi ən təhlükəli xəstəlikdir. Bu xəstəlik insanı 40 yaşında belə məhv edə bilər. Siz özünüzə sadəcə deyirsiniz : “Mən indiyə qədər risk etmişəm, həyəcanlanmışam, yuxuu itirmişəm. İndi bunu kimsə başqası etsin, məni bu günə olan vəziyyətim qane edir”.

Dəfələrlə şirkət rəhbərlərini qıcıqlandıracaq bu sualımı verirdim : “Mənə başa salın, axı niyə hər şey çox yaxşıdır? Bəlkə biz bu gün narahat olmağa başlayaq ki, əmin olaq ki, sabah üçün narahat olacaq məsələ olmayacaq”

Uğursuzluq
Uğursuzluqlara qarşı münasibətini bu şəkildə bildirir : “ən yüksək səviyyədə yaradıcı şirkət olan Apple belə uğursuz məhsullar istehsal edirdi. Bu kimi səhvlər, şirkətlərin biznesdə qalmaq üçün ödədiyi qiymətin hissəsidir”.
FA — şəxsi həyaıtmızda da elədir. Uğurlu insanların hər ciddi 1 nailiyyəti üçün onlarla səhvlər edirlər. Və buna görə də hər zaman demişəm : uğurlu insanlarla uğursuzları fərqləndirən uğursuzluqların, səhvlərin olmaması deyil – durmadan işə davam etməsidir.

Komfort zonası, Problemlərin həlli
Mühəndislik dahilərindən biri olan və General Motors şirkətinin yüksəldiyi illərdə idarə edilməsində aktiv iştirak edən Charles Kettering belə deyirdi : “Mənə problemlərdən başqa heç nə haqqında danışmayın. Xoş xəbərlər məni rahatladır”. Mən də biznes lideri olaraq hesab edirəm ki, hər şirkətin inkişafı problemlərin və maneələrin həll edilməsi üçün xərlədiyi səylərlə müəyyən edilir. Beləliklə, problemi bir an öncə öyrənmək lazımdır ki, pik nöqtəsinə çatmadan və daha böyük zərər vermədən qarşısı alınsın

Rəhbərlər üçün
ABŞ vitse-prezidenti Hubert Horatio Humphrey bu sözləri demişdi : “hər konqres üzvü və yüksək vəzifələrdə işləyən digər rəsmilər həftədə heç olmasa bir dəfə ictimai nəqliyyatdan istifadə etməlidirlər ki, sadə insanların necə yaşadıqlarını görsünlər”. Bu, biznes rəhbərlərinə də aid olmalıdır.

Səhvlərin qəbul edilməsi
Heç bir zaman səhv etdiyinizi qəbul etməyin. Hansısa bir mənfi hadisə baş verəndə səssizcə durun və böyük böhran olana qədər gözləyin, daha sonra isə kənar qüvvələri ittiham edin və ya günahı konkret bir insanın üzərinə qoyun. Problemlər olanda günahkar tapmaq hər zaman olar!
Burada, əfsanəyə çevrilən Warren Baffetin Berkshire Hatyaway şirkəti hissədarlarına göndərdiyi illik məktubları qeyd etmək istəyirəm. əgər bir il əzində şirkət fəaliyyət göstəriciləri öncəki illərdəki kimi yüksək deyilssə, Warren bunu belə qeyd edirdi : “Biz zəyif olduq və bu da ancaq mənim günahımdır”.

Etibar
Texnolojik inkişaf və idarəçiliyin yeni taktikalarına baxmayaraq, şirkətin müvəffəqiyyəti etibara bağlıdır, və ən əsas da budur. İstehlakçılar inanmalıdırlar ki, istehsalçının verdiyi sözü məhsul onlara verəcək; investorlar şirkət idarəçilərinə inanmalıdırlar; əməkdaşlar inanmalıdırlar ki, rəhbərlər onlara qarşı öz vəzifələrini doğru icra edəcəklər.

Biznesdə korrupsiya
Amerika biznesində korrpusiyanın artmasının əsas səbəblərindən biri də odur ki, zamanla cəmiyyət şirkətlərin rəhbərlərinin qeyri qanuni hərəkətlərinə bir az daha yumuşaq davranmağa başladı.
FA — bizim ölkədə “bacarana can qurban”, “balaları üçün çörəyini qazanır” kimi sözlərlə bu hallara igidlik obrazı qazandırılır.

One comment

Leave a Reply

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *