dumdum
Kitabların xülasəsi

Riyaziyyatçı kimi düşün – kitab haqqında RƏYİM

     Mütəmadi olaraq xarici dillərdə müxtəlif mövzularda kitablar oxuyuram. Adətən idarəçilik, peşəkarlırq, məşhur insanların həyatları, şəxsi inkişaf haqqında ədəbiyyatdır.
     Olduqca maraqlı və dəyərli fikirlər olan kitablardır və mənim bu günə olan bilik və təcrübəmlə belə mən hər gün hər kitabdan nələrsə öyrənirəm.
     Təəssüf ki, hərkəs xarici dil bilmir; hərkəsin bu kitabları əldə etmə imkanı yoxdur və ya bunları oxumağa zaman tapmaqda çətinlik çəkir.
     Bu gün oxuduğum daha bir kitab haqqında düşüncələrimi paylaşmaq istəyirəm.

Riyaziyyatçı kimi düşün

     Bu kitabı alanda fərqli məlumatlar alacağımı düşünərək almışdım əslində. Riyaziyyatçı tərzində düşünmənin nə olduğunu yaxşı bilirəm, çünki kiçik yaşlarımdan ən çox sevdyim dərs, həm məktəbdə, həm də universitetdə, məhz elə riyaziyyat olub.

     Kitab haqqında RƏYİMİ iki hissəyə bölmək istəyirəm.

     Mənfi tərəfləri

  • Kitabı oxudum. Və üzüldüm. Düşündüyüm kimi konkret texnika və alətlərdən ibarət deyildi;
  • Rusca bir söz var – “много воды”, yəni çox su, az məzmun. Bu kitabda bəzi cümlələr, paraqraf və səhifələr çıxarılsa, məzmun çox da dəyişməyəcək. Oxuduqca anlayırsan ki, müəllif çox səhifə yazmağa çalışıb;
  • Olduqca çox hərkəsin bildiyi bəsit və mövzuya birbaşa aidiyyatı olmayan məlumatlarla doludur kitab.

 

Maraqlı fikirlər, düşüncələr, bəyəndim cümlələr

     Amma nə olursa olsun, kitabda bəyəndiyim və diqqətimi çəkən cümlələr və fikirlər var, və onları da paylaşmaq istəyirəm.

  • Məşhur Fransız riyaziyyatçısı, Jules Henri Poincare (Anri Puankare), bir dəfə bu hadisəni danışmışdı : “uzun zamandır ki, mürəkkəb bir riyazi məsələni həll edə bilmirdi. Və Fransanın cənubunda avtobusa oturarkən, məsələnin həlli bir anda beyninə gəldi, və səbəbinin də belə olduğunu düşünmüşdür : biz istirahət etsək də, beynimizin bir hissəsi yenə də istirahət zamanı belə məsələni düşünür”.
  • Müəllif əslində kiçik yaşlarından bəri riyaziyytla heç əlaqəsi olmayan bir imiş. Hətta riyaziyyatla əlaqəsini belə başa salır : “Buzdolabınızı açanda orada oturub corab toxuyan zombini görmə ehtimalınız nə qədər yüksəkdir? Mənim də texniki elmlər müəlliməsi olma ehtimalım o qədər idi”
  • İki növ düşünmə tərzi var : fokuslanmış və yayılmış. Fokuslanmış düşüncə tərzi əsasən bir məsələni dərindən düşünmək üçün olduğu halda, yayılmış düşüncə tərzi əsasən məsələləri yüksəkdən baxmaq üçün lazımdır. Bunların hər birini nə zaman və harada istifadə edəcəyimizi bilməliyik.
  • Əgər hansısa yeni bir mövzu və ya sahəni öyrənirsinizsə, fokuslanmış düşüncəni “söndürmək” və yayılmışı işə salmaq lazımdır, çünki belə halda siz mövzuya daha geniş və uzaqdan baxma imkanınız olacaq.
  • Böyük layihə və işlərin gecikdirilməsini də məhz bu baxımdan açıqlayırlar. Bir işi son anda edərkən biz ancaq fokuslanmış tərzdə ona baxırıq və yüksəkdən və uzaqdan baxmağa zamanımız olmadığına görə, səhv etmə ehtimalımız yüksəkdir. Amma öncədən layihə üzərində hər gün müəyyən müddət işləyəndə, həm fokuslanmış şəkildə, həm də uzaqdan baxa bilirik və nöqsanları tez görmə şansımız olur
  • Yayılmış düşüncə tərzini digər əhəmiyyətli tərəfi – geniş bir mövzu olanda və içində onlarla fərqli məqamlar arasında əlaqələri görmək lazımdırsa, biz foksulanmış şəkildə bunu həll edə bilmirik. Fərqli qavramlar arasında əlaqələri tuta bilmək üçün zaman lazımdır.
  • Çox sevdiyim bir cümləni burada da oxudum : hər bir ağacı yaxından görməklə bərabər, həm də məsələdən bir az uzaqlaşaraq ümumi meşəni görmək də vacibdir.
  • Beynimizi əzələ kimi qəbul etmək lazımdır. Əzələlərimizin böyüməsini istəyiriksə, o zaman onlara yük vermək və məşq etmək lazımdır. Beynimizdə də elədir. Məşq və yorğunluğa əlavə olaraq bu da var : əzələlərin böyüməsi üçün onlar həm də doğru qidalandırılmalı və onlara istirahət verilməlidir. Beynimizdə də eynidir. Məhsuldar işləmək üçün doğru işləmək, qidalanma və istirahət lazımdır.
  • “İmtahanı keçməyən tələbə şikayət edərkən mənə imtahandan öncə tam 10 saat məşğul olduğunu deyəndə mən ona bu cavabı verirəm : “Bax elə buna görə də imtahanda uğursuz oldun”. Dediyimi anlamayan tələbəyə isə bunu deyirəm : “Az-az, amma davamlı məşğul olmaq lazım idi”. Richard Neidel, Florida Beynəlxalq Universiteti, Baş Riyaziyyat müəllimi
  • Oxuduğunuz məlumatları yaddaşda saxlamağın ən yaxşı yolu, onları yada salmağa çalışmaqdır.
  • Əzmkarlıq bəzən ağıllı olmaqdan daha vacibdir
  • Öz billiklərimiz və savadımız üçün məsuliyyəti öz üzərimizə almalıyıq

Bu rəyi oxuduqdan sonra paylaşın ki, çox sayda insanlar faydalansın, çünki biliklərimizi və əldə etdiyimiz məlumatları paylaşdıqca cəmiyyətimiz maariflənmiş və güclənmiş olacaq

dum

Məlumatlandırma

YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

One comment

  1. Salam!
    Fəxri qardaş mən sizi çoxdandır izləyirəm.Çox yaxşı mövzulara toxunursunuz.Əhsən deyirəm sizin kimi ogullara və fəxr edirəm.Sizin kimi təcrübəli mütəxəssislər Azərbaycana şox lazımdır və sizdən bir söz soruşmaq istəyirəm.Mənim övladım hal-hazırda 10 cu sinifdə,160 saylı gimnaziyada oxuyur.Övladım ,,Riyaziyyt Azərbaycan-dili Ədəbiyyat İngilis-dili” fənnlərini yaxşı oxuyur,digər fənnlərdən isə zəifdir.Amma istəsə,hamısını yaxşı oxuya bilər.Çünki,o istedada o qadirdir.O məktəbin müəllimləri şagirdlərə başa salırlar ki,kim hansı qrupa hazırlaşırsa həmin qrupa aid fənnləri oxumalıdır və yerdə qalan digər fənləri oxumaga ehtiyac yoxdur.Və müəllimlərini eşidərək ona görə də digər fənnləri oxumagı lüzum bilmirlər.Fəxri müəllim bu barədə siz nə deyə bilərsiniz.Zəhmət olmasa,deyin görək bu nə dərəcədə düzgündür və məktəbdə böyük siniflərə dərs keçmirlər.Məktəb şagirdlərinin məktəbdən kənar hazırlıqlara getmələri nə dərəcədə dogrudur.
    Zəhmət olmasa,birdə bizi başa sala bilərsinizmi,indiki uşaqlar ixtisas seçimini edə bilmirlər.Necə etsinlər ki,nəyə istinadən fikirlərini cəmləsinlər ki,gələcəyə dogru necə və hansı addımı atsınlar.İxtisası seçməkdə çox çətinlik çəkirlər
    Zəhmət olmasa,bu sahədə necə və hansı istiqaməti əsas götürərək bu yanaşmanı bizə izah edə bilərsinizmi?
    Sag olun!saglıqla qalın!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *