Орел_парит_над_горами1
Məqalələrim

Qartallarla ünsiyyətdə ol

     Bir dəfə qartalın yuvasından yumurta düşür yerə. Oradan keçən insan yumurtanı götürür və toyuğun altına qoyur. Yumurtadan cücə çıxır və toyuğun digər cücələri ilə böyüyür. O da onlar kimi qumda və torpaqda yemək axtarır, uçmağa çalışır, toyuq səsləri çıxarır, böcəkləri axtarır.
     O, ətrafındakı quşlar kimi özünü toyuq olaraq görür. Ancaq hər dəfə yüksəkdə uçan güclü və qüdrətli qartalları görəndə, o da onlar kimi uçmaq istədiyini deyir. Toyuqlar isə ona gülərək ələ salırdılar və “axı sən toyuqsan, uça bilməzsən” deyirdilər ona.
     Və o da onlara inanırdı. Bir müddət sonra o, toyuq olması ilə barışdı və artıq, xəyal belə etmirdi.
     Əslində qartal olan quş toyuq kimi yaşadı.

     Ətrafımızınn bizə çox böyük təsiri var.  
     Qartallarla, aslanlarla, böyük düşünən, güclü və müsbət insanlarla ünsiyyətdə olmaq və toyuqlardan, kiçik düşünən, mənfi və bizləri ruhdan salacaq insanlardan uzaq durmaq lazımdır.

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *