pesek
Məqalələrim

Peşəkarlıq nədir?

 

     Bir fabrikin sahibi çox narahat idi. Bütün zavodu elektrik enerjisi ilə təmin edən buxar generatorunda güclü titrəmə vardı. Bu mürəkkəb bir problem idi və bir çox ekspert və mütəxəssislərin onu təmir etməyə çalışmasına baxmayaraq, bütün səylər boş olurdu.

     “Zaman – puldur”  deyən fabrik sahibi, işləməyən avadanlığa görə daim zərərlərini hesablayırdı.

     Şəhərdə generatoru təmir edəcək bir adamın olduğunu ona dedilər və o mütəxəssislə görüşmək istədi. 

     «Mən sizin buxar generatorunuzu təmir edə bilərəm» – dedi adam.

     Fabrika sahibi gülümsədi və dedi ki, mən sənə inanmıram. Indiyə qədər xaricdən və böyük firmalardan çox insanlar gəlib təmir etmək üçün, ancaq heç biri kömək edə bilməyib. Bir özünə bax, yanında bir alət elə yoxdur, kiçik bir çantayla gəlmisən.

     “Icazə verin həll edim problemi” deyən qonaq qazanxanaya tərəf gedir.    

     Qarşısındakı insana inanmayan fabrika sahibi onunla bərabər qazanxananın olduğu məkana gedir. Tam ortada qazan durur və ətrafdan onlarla boru ona bağlanır.

     Çox sakit şəkildə insan işə başlayır. Çantasından rezin çəkic çıxarır və qazanın müxtəlif hissələrinə onunla vurmağa başlayır və gələn səsləri dinləyir. 10 dəqiqədə fərqli yerləri dinləyən adam, böyük çəkici götürür və çəkiclə daha güclü zərbə vurur. Dərhal effekt olur və qazan işləməyə başlayır.

     Gördüyündən təsirlənən fabrika sahibi emosional şəkildə “Qiymətinizi iki qat artırı” deyir. Buna ehtiyac yoxdur, cavab verir adam.

     Və əlavə edir : “Qiymət – 10.000 funtdur”.

     Eşitdiyi qiymətə görə yenə şok keçirən fabrika sahibi unudur ki, heç bir iş görmədən zaman keçirən digər insanlara daha da çox ödənişlər edib. Amma onlar çox işləyirdilər, uzun zaman qazanın yanında keçirirdilər. Və onlar böyük və adlı-sanlı firma nümayəndələri idilər.

     “Çəkiclə bir dəfə vurmaq üçün 10.000 funt yüksək qiymət deyil mi?” deyə fabrika sahibi soruşur adama.

     “Siz məni səhv anladınız” – adam cavab verir və əlavə edir :

     “Çəkiclə vurulan bir zərbənin qiyməti 1 funtdur, 9999 funt isə hara vurmağı bildiyim üçündür”.

 

     Bu məsəldən nə nəticələr çıxarmaq olar?

  • Mütləq bilik və savad hər zaman bahalıdır
  • Çox işləmək lazım deyil – effektiv işləmək lazımdır
  • Peşəkarlıq, iş üçün xərclənən zamanla ölçülmlür
  • Peşəkarlıq güclü vurmaq deyil, hara vurmağı bilməkdir
  • Güclü olmaq üçün şirkət və brend arxasında gizlənmək lazım deyil – insan öz işləri və gücü ilə marka ola bilər
  • Digər mütəxəssislərdən peşəkarlıq səviyyəsi ilə kəskin seçilmək lazımdır
  • Mütləq bilik və güclü savad özgüvən verir
  • Əldə edilən nəticələr sayəsində güclü peşəkar qaydaları özü müəyyən edə bilir 

 

Peşəkarlıq və peşəkar həyat haqqında ən çox oxunan məqalələrimdən biri

Müvəffəqiyyətli əməkdaşların 8 fərqi

 

 

 

2 comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *