Картинка: минутку
Məqalələrim

ÖZÜMÜZÜ ƏTRAFIN TƏSİRİNDƏN NECƏ QORUYAQ

     43 yaşım var, daimi inkişaf və idman mənim artıq həyat tərzim olmasına və hərkəsin bunu bilməsinə baxmayaraq mənə hələ də “bəsdi oxudun, bu qədər oxumaq olar?” və ya “beş günlük dünyadı, idmanla niyə özünü yorursan?” kimi sözlər deyilirsə, indi düşünün gənclərə necə təziyqlər edilir.

     Ətrafımızda olan insanların bizə psixoloji təsir etdiyi bir həqiqətdir.  Ağsaqqla və ya yaşlı birinin “əşşi, bizdə mümkün deyil”, “adamın adamı olmalıdır”, “oxumaqla bu iş olmaz”, “səs salma, yola ver getsin, nəyinə lazımdır?” kimi sözlərlə gənc bir insanın içində olan həvəsi söndürməyə çalışması nə qədər üzücü olsa da, insan özünü belə hallara qarşı qoruya bilməlidir.

     Bir çox insanlar hipnoz edilmiş olurlar : cəmiyyətin bizim haqqımızda fikirləri və qəbul edilən strereotiplərin təsiri altında.  Bizi inandırmağa çalışırlar ki, bu yaşda oxumaq olmaq, bu yaşda artıq ailə qurmaq lazımdır, bu yaşda və statusda artıq biraz ağır olmaq lazımdır. Cəmiyyətin passiv üzvləri  bizim üçün müəyyən standartları və qaydaları artıq hazırlayıb və bu standartların içinə sığmayan insan “bizdən deyil” statusunu alır və hərkəs onu “doğru yola” istiqamətləndirməyə çalışır. Bəzən də valideyinlər, əmilər, xalalar və bibilər bu “məqsəd” ətrafında səfərbər belə olurlar.

     “Sən bunu mütləq bacaracaqsan!” sözlərinin bizə əlavə güc verdiyi kimi “sən bunu edə bilməzsən” sözü də bizim gücümüzü alır. Çevrəmiz tərəfindən beynimizə yeridilən bizim özümüz haqqımızda inanclar bizim əsl potensialımızı göstərməyimizin qarşısını alır.

     Unutmamaq lazımdır ki, biz cəmiyyətdə yaşayırıq və özümüzü bu cəmiyyətdən uzaqlaşdıra bilmərik. Amma məqsədlərimiz də var. Buna görə də bizim motivasiyamızın digər insanlara və kənar faktorlara bağlı olmamasına öyrəşməliyik.

     Nə etməli?

     Ətrafınızda olan insanları, müsbətlilik dərəcələrinə görə bir neçə kateqoriyaya bölün.

     1.ci kateqoriya

     Müsbət insanlar. Sizə daim enerji verən, həvəsləndirən, fikirlərinizi inkşaf etdirən, qarşıda gözləyən maneələri sizinlər bərabər müzakirə edən insanlar. Bunlara arzularınızı, plan və xəyallarınızı rahat danışın. Ruhdan düşəndə, həvəsiniz və motivasiyanız zəifləyəndə, bu insanlarla görüşün.

     2.ci kateqoriya

     Pessimist insanlar. İrəli sürdüyünüz fikirləri bəyənməzlər və kəskin pisləyirlər. Amma bu insanlar savadlı, təcrübəli və ağıllı insanlardır. Bunların fikirlərini və tənqidlərini dinləmək, nəzərə almaq və yola davam etmək lazımdır. Mənim ətrafımda bu tip insanlar var və onlarda hər zaman çox böyük fayda görmüşəm, çünki irəliyə, ancaq yüksək motivasiya və həvəslə getmək kifayət etmir – həm də mənfi ssenariləri və təhlükələri də düşünmək lazımdır.

     3.cü kateqoriya insanlar

     Mənfi düşüncəli, pessimist insanlar. Bu insanları mən adətən “yanğın söndürən” adlandırıram. Bu  insanlarn Sizin içinizdə olan böyük məqsədlər alovunu söndürmək istəyirlər.Nə desəniz, ümumi sözlərlə həvəsinizi öldürəcək və size tamamən ruhdan salacaqlar. Bu insanlardan uzaq durmaq lazımdır, amma müxtəlif səbəblərə görə alınmırsa, o zaman arzularınızı, fikir və planlarınızı açıqlamayın. “Bizdə mümkdün deyil”, “boş şeydir”, “onsuzda indiyə qədər heç kim bunu etməyib” kimi ümumi sözlərlə sizə mənfi təsir edəcəklər. Şəxsən mənim bir “qara  siyahım” var : neqativ insanlar. Bu insanlardan mənə zəng gələndə maksimum 60 saniyə danışıram, daha sonra üzr istəyirəm ki, iclasım və ya görüşüm var, və əlaqəni kəsirəm. Öz müsbət enerjimin və əhval ruhiyyəmin heç kimin oğurlamasına icazə verə bilmərəm.

     Ən vacib məqam isə budur :  öz müvəffəqiyyətlərinizi və gələcək planlarınızı, məqsədlərinizi və xəyallarınızı digər insanların standartları ilə ölçməyin.

     Sizin məqsədləriniz var və Siz özünüzü o yerdə, gələcəkdə görürsünüz. Sizin bu xəyallarınızı gücləndirəcək və Sizə motivasiya verəcək insanlarla ünsiyyətdə olun.

     Zaman gələcək, Sizə “boş şeydir”, “bizdə bu işlər alınmaz” deyən insanlar Sizin üçün “yenə də bəxti gətirdi” deyəcəklər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *