aliaga
Kitabların xülasəsi

Ölülər evindən qeydlər

Əliağa Ağabeyli tərəfindən “Ölülər evindən qeydlər” kitabının xülasəsi

F Dostayevskinin  Sibirdə olduğu sürgündə, həbsxanada olan illərdə yazdığı və dünya görünüşündə əsaslı dəyişikliklər edən həbsxananı  “ÖLülər evinə” bənzədən yazıçı  orada müxtəlif tipli insanlarla, cinayətkarlarla görüşür və onların daxili aləminə nüfuz edərək  çox böyük ustaliqla onları qeyd  edir.

Orda olan üç məqamı  sizinlə bölüşürəm .  Katorqada  A-v  adlı  məhkumla rastlaşan yazıçı onun savadlı olduğunu, mehirban, yaraşıqlı aliagaamma mənəviyyatı heç bir əxlaq və qanun sərhədləri ilə çərçivələnməyən bu insanın öz marağına istənilən ağla sığmayan  çirkinliyə belə gedməsi  ona gözünun ağını yedirdən dostunu çox ucuz bir qiymətə satdığını və bununla heç bir hiss keçrməyən insanı  belə şərh edir ki, cəmiyyətdə belə savadlı ağıllı amma mənəviyyatı heç  bir normalarla qanunla sərhədlenmeyən insandansa elə cəmiyyətin yanması daha yaxşıdır.

Katorqada Aley adlı bir səhv edmirəmsə çeçen müsəlmanla rastlaşan yazıçı ona heyranlığını bildirərək bu insanın bu cür pozğun mühitdə öz əxlaqı  vərdişlərindən əqidəsindən əl çəkməmsini yazıçı heyranlıqla qeyd edir .
Mənəvi məhrumiyyətləri  fiziki məhrumiyyətlərdən  daha ağır olduğunu və pis vərdişləri həyat tərzinə çevrmiş çoxluğa görə əxlaqlı yaxşı insalar da məcburən öz dəyərli  vərdişlərini boğmalı olurdular.  Çoxluğun psixoloji  təzyiqinə tab gətirə bilmirdilər  Yazıçının heyranı olduğu o müsəlman  Aley isə istisna idi. O qeyd edir ki, Aleyi bundan saxlayan onun əqidəsi  işə oxumağa olan güclü ehtirası və bu dəyərlərini qorumaq  üçün Allahın ona verdiyi  fiziki güc idi.  Yazıçı onu sonralar çox xatırlayır

Üçüncü məni çəkən yazıçının qeyd etdiyi işsizlik və qanunsuzluq cəmiyyətin ən əxlaqlı insanlarını belə zaman-zaman ən çirkin əvvəllər onun ağlına gəlməyən murdarliqlar etməyə gətirib çıxarırdı.
Hər bir cəmiyyətdə qanun, məşğulluluq onu çirkinliklərdən saxlayan bir mexanizmdir.

Mənə elə gəlir F Dostayevskinin qeyd etdiyi bu tip insanlar nəinki katorqada əksər cəmiyyətlərdə təşklatlarda qurumlar da belə mövcuddur.

 

Kitabda ən bəyəndiyim cümlələr :

  1. Mənəvi məhrumiyyətləri fiziki məhrumiyyətlərdən  daha ağırdır
  2. Cəmiyyətdə belə savadlı ağıllı amma mənəviyyatı heç bir əxlaq normalarla qanunla sərhədlenmeyən insandansa elə cəmiyyətin yanması daha yaxşıdır.
  3. İşsizlik və qnunsuzluq ən əxlaqlı insanı belə ən çirkin işlər görməyə vadar edir.
  4. İnsanlar yalnız öz başına gələn dəhşətləri saymağı xoşlayır amma xoşbəxtliyini hesablamır

Bu povesti niyə oxumalıyıq?

  • İnsanın psixoloji olaraq hər an özü-ozunu mühakimə etməyə insan düsuncəsində bu tip insanlarin obrazları vasitəsi ilə geniş fikir resursu və imkanları verir
  • Düşünurəm ki, F Dostayevskinin qeyd etdiyi bu tip insanlar nəinki katorqada əksər cəmiyyətlərdə təşklatlarda qurumlar da belə mövcuddur.
  • Dostayevski obrazlı şəkildə bunu katorqadan bəhs edir amma belə cəmiyyətlərdəki tipləri həyat hər an bizə göstərə bilər.
  • Özünə təlqin etdiyi əqidənin ağır sınaqlar qarşısında necə mətanətlə çıxa bilən insanların obrazlarını görmək olur

 

 

P.S. Siz də oxuduğunuz kitablarda olan vacib, maraqlı və faydalı  məlumatları digər insanlarla paylaşmaq istəyirsinizsə, xülasələri bu “Elan və Dəvət”də yazılan qaydalara görə hazırlayın və orada bildirilən e-mail adresinə göndərin.

[

Leave a Reply

Your email address will not be published. Required fields are marked *