Bəzən müvəffəqiyyətə doğru uzun yol gedirsən.
Ətrafındakılar səni anlamaya bilir. Qınayırlar. Məntiqsiz adlandırırlar.
Çünki addımların bir məntiqə sığmır. Çünki hərkəs kimi davranmırsan.
Çünki hərkəs kimi təslim olmursan.
Minlərlə müraciət. Yüzlərlə rədd cavabı – bəzən kəskin, bəzən kobud. Və hər rədd cavabı sanki ətrafındakılarının haqlı olduğunun sübutudur.
Amma sən xəyallarına sarılırsan və təslim olmursan – qaranlıqda küləyə doğru gedirsən, çünki iləridə işığı ancaq sən görürsən, digərləri isə qaranlığı və küləyi görür.
Hər addım səni küləyə qarşı gücləndirir – hər addımı işığa doğru səni aparır.
Və sən müvəffəqiyyətli olanda deyirlər : “Bəxti gətirdi”.
Yuxusuz gecələrini, istirahətsiz istirahət günlərini, rədd cavablarına görə ruhdan düşməyərək yoluna erməyini verdiyin qurbanlar səhnə arxasında qalır.