cover
Düşüncələrim Gördüklərim, eşitdiklərim

MÜTLƏQ AZADLIQ

Bu gün bir kitab oxumağa başladım və bitirdim.

Möhtəşəm kitabdır. SSRİ dövründən ölkədən çıxışı qadağan olan insanın qapalı bir öldəkən çıxması, bunun üçün illərlə məşq etməsi, özünü psixoloji və fiziki olaraq hazırlaması haqqında kitabdır. Vyaçeslav Kurilov. Həyatında ən böyük arzusu dənizlərdə, okeanlarda işləmək olan və hər zaman daxili azadlıq haqqında xəyalları olan insan.

Bu insanın ölkəni tərk etməsi qadağan olmuşdur. Ölkəni rəsmi şəkildə tərk edə bilməyəcəyinə görə qərar verir ki, ekvator tərəfinə kruiz edən laynerə minsin və ordan açıq okeana 15 metr hündürlükdən atlayaraq Fillippinə aid olan Siarqao adasına qədər fırtınalı okeanda 100 (yüz!!!!!!!) kilometr 2 sutka ərzində durmadan üzür. 100 km boyunca nələrlə qarşılaşdığı, necə üzdüyü, necə özünü psixoloji olaraq dəstəklədiyi haqqında təfərruatlı şəkildə yazır. 

Bu kitabda diqqətimi çəkən və bəyəndiyim məqamlar çox oldu və biri də budur : “Mənə elə gəlirdi ki, mən öz taleyimi özüm idarə edirəm. Mənə elə gəlirdi ki, öz gəmimin kapitanı mənəm və onu istədiyim yerı sürə bilərəm. Ancaq mənim gəmim hər zaman digərlərinin iradəsinə çırpılaraq dağılırdı və mən anladım ki, mən sadəcə avarçəkənəm. Mən azad olmaq istəyirəm, amma mən öz avarıma bağlı idim”.

Kitabın sonunda belə yazır : “Mən anladım ki , azadlıq əldə etmək xəyalı ilə insanlar ancaq bir həbsxanadan digər həbsxanaya keçirlər. Əsl azadlıq insanın daxilindədir və bunu da daxili təbiətimizi dəyişdirərək əldə etmək olar”.

Bu insanın müvəffəqiyyət formulası – iradə gücü, əzmkarlıq, sovyet rejiminə qarşı nifrət, yaşam eşqi və insanı güclü edən məqsədləri və məqsədlərinə bağlı olmaqdır. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *