Gördüklərim, eşitdiklərim

Müsahibələrdən. Real dialoqlar

01.07.2015.

REAL DİALOQLAR…
Konsultasiya verdiyim bir firma üçün gənclərin işə alınma prosesinə özüm tam nəzarət etdim. Təkrar maraqlı və eyni anda da üzücü halların şahidi oldum.
Birincisi onu qeyd edim ki, universitet məzunlarına verdiyim “özün mü oxumusan, yoxsa….?” sualıma təəccüblənən olmur.

(M-mən, G-Gənc)
Dialoq 1. Gənc, universitet məzunu.
M – Hansı fakultəni bitirmisən?
G – Marketinq.
M- Marketinq nədir?
G – hm… Marketinq satışdır.
M -Başqa?
G- Yadımdan çıxıbeee

Dialoq 2. Gənc, universitet məzunu
M- Hansı fakultəni bitirmisən?
G – İqtisadiyyat
M- Keynes nəzəriyyəsini keçmisiniz?
G – Keynes kimdir?

Və bu gənclərin nə universitetdə oxuduqları illərdə, nə indi heç bir dəqiq hədəfləri yoxdur – sadəcə “bir iş” axtarırlar.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *