muell
Məqalələrim

Müəllimlərim

     Bu günə qədər bütün sahələrdə olan uğurlarımda fərqli müəllimlərimin böyük və danılmaz payları olub. Hamısından öyrənmişəm, hamısına da mənə zaman, enerji və diqqət ayırdıqlarına görə minnətdaram. “Müəllimlərim” sözünü deyəndə, adətən insanın ağlına müsbət insanlar gəlir. Doğrudur, amma tam elə deyil.
     Mənim indiyqə qədər üzləşdiyim müəllimləri bir neçə KATEQORİYAYA bölmək olar.
    ÜRƏKDƏN müsbət işləri öyrətmək istəyənlər. Bildiyimiz müəllimlərdir : birinci sinifdən başlayaraq, bu günə qədər işlədiyim şirkətlərdə mənim rəhbərlərim və mən özüm rəhbər olduqdan sonra şirkətlərin sahibləri. Inkişafım üçün olduqca böyük yatırımlar etmiş insanlardır və bu insanları haqqından heç bir zaman çıxa bilməyəcəyimi bilirəm və qəbul edirəm. Ömrümün sonuna qədər onlara olan minnətdarlıq hissimi qəlbimdə aparacam. 
     GÖRMƏDİYİM, ancaq həyatını oxuduğum müəllimlərim : Yuriy Vlasov, Mendeleev, Napoleon Bonapart, Jack Weltch, Arnold Schwarzenegger, Henry Ford, Mohammed Ali, Lui Paster. Bu insanlar, böyük nailiyyət əldə etdikləri sahələrdə sıfırdan başlayaraq, vəhşi əmək, böyük əzmkarlıq, dəmir iradə gücü və disiplinləri ilə uğurlar əldə etmişlər. 
     DİGƏR “MÜƏLLİM” kateqoriyam isə… Həyatımın bütün mərhələlərində qarşılaşdığım və mənə bilərək və ya bilməyərək, fərqli niyətlərlə və səbəblərə görə pislik edən insanlar. Məndən bilik və savadda olduqca geridə olduqlarına görə mənimlə mübarizəni ən iyrənc və səviyyəsiz şəkildə aparan insanlar. O anda o insanları lənətləyirdim, onlarla bir məkanda olmamaq üçün işlədiyim yerləri tərk edirdim, rahatlığımı pozurdum, həyatımda geri addımlar atırdım. 
     Amma sağolsunlar!!! Bu insanlar da mənim müəllimlərimdir, çünki mən onlardan necə davranılmaması gərəkdiyini öyrənmiş oldum. Onlar mənim həyatımda olmasalardı, mən mübarizə apararaq güclənməzdim, komfort zonamda olardım və oranı tərk etməzdim. Məqalələrimdən birində yazmışdım : Bir gün kabinetimdə məni satan, mənə arxadan zərbə vuran insanların şəkillərini divarda asacam və onları təşəkkür etmək üçün ora dəvət edəcəm. Və bunu mütləq edəcəm.
     Bu yazımla nə demək istəyirəm?
     Sizə zaman ayıran, nəysə öyrədən insanlara minnətdar olmağı, bunu hər fürsətdə onlara bildirməyi, onların sizin üzərinizdə haqqının olduğunu deməyi unutmayın. 
     Daim inkişafa və öyrənməyə açıq olan insan qarşısına çıxan hərkəsi müəllim kimi görür və onlardan dərs alır.

     Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın  

  Məlumatlandırma

      YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *