Möcüzə yoxdur.Zəhmət var, səbir var, əzmkarlıq var!!!!
Düşüncələrim Məqalələrim

MÖCÜZƏ

     Tələsirik. Səbirsizik. Möcüzə gözləyirik və istəyirik. Hər sahədə.

  • Ingiliscə öyrənmək… Hamı o Elmlərdə olan müəlliməni axtarır. Deyirlər ki, 3 ayda ingiliscə öyrədir. Hələ də o müəlliməni görən olmayıb – amma hamı onu axtarır ki, hər möcüzə yaradsın və bizə oturub ona baxdığımız halda ingiliscə öyrədsin bizə.
  • Idman… Fevral ayında arıqlamaq istəyirik ki, iyunda dənizə girəndə “hava ataq”. Idman zallarında insanlar qalın geyinirlər, bağırsaqları təmizləyən və eyni anda dağıdan çayları içirlər ki, çox da zəhmət çəkmədən nəticə əldə edək.
  • Liderlik… “Fəxri müəllim, mənə bir kitab deyin ki, mən ordan liderliyi öyrənim”. Əzizlərim… Yoxdur elə kitab. O kitab yazılmayıb və bundan sonra da yazılmayacaq. Liderliyi 250 səhifədə öyrədəcək kitab hələ yazılmayıb.
  • Karyera qurmaq mı? “Qısa və asan yolu var mı? Necə etmək olar ki, çox da çalışmadan inkişaf edək?” Mümkün deyil. 

     Qazandığım hər medal üçün kilolarla tər tökmüşəm. Medal mənim bu sahədə müvəffəqiyyətimi subut edən metal bir sənəddir. Medal mənim illərlə getdiyim yolun bir hissəsinin sadəcə sübutudur. Medallar görülür –ancaq sınan dırnaqlarım, əzilən əzələlərimi, travmalarımı görən olmur.

      Öz kitabımın hər bir səhifəsinin yazılması qarşılığında onlarla kitab oxumuşam. Hər bir kitandan bir fikir almışam və beynim fikirlərlə dolub. Hələ də doldururam.

      Mərmərə universitetində ingiliscə hazırlıq kursunda ilgiliscə bilik səviyyəmə görə ən sondaydım. 8 ay sonra 700 nəfər arasında keçirilən imtahanda 3.cü oldum. Möcüzə olmadı – hər gün ən az 16 saat bu dildən iyrənənə qədər oxuyurdum və məşğul olurdum.

      Bu gün aldığım hər bir manat üçün aylarla və illərlə oxumuşam, uğursuzluqlarla qarşılaşmışam. Ruhdan düşmədən daim qazandıqlarımı biliklərimə yatırmışam.

      Bu gün mənim peşəkar idarəçi olmağıma əlavə olaraq reputasiyamın “təmiz adam” olması üçün illərlə və indi də qarşımdan keçən milyonların bir qəpiyinə belə haqqım olan maaşımdan başqa əyri baxmamışam. “Dəlidir”, “bu qədər imkanı var ikən qazanmır” deyənlərə diqqətə almamışam və oğurluğun hər formasından uzaq durmuşam.

     Əgər mən bu gün işləyirəm, kitab yazıram, dərs də deyirəm, seminarlar və təlimlər də verirəm, idmanla məşğul olub yarışlarda iştirak edirəm, məqalələr yazıram və müxtəlif tədbirlərdə iştirak edirəmsə, bunların heç biri nə vergi, nə də ki möcüzədir. Sadəcə məqsədlərin olması, zəhmət, əzmkarlıqdır.

     Müvəffəqiyyətin heç bir sahədə, heç bir işdə qısa yolu yoxdur.  Qısa yol təhlükəli və zərərlidir. Yüksəklərə tez çıxmaq olur mu? Təbii ki, olur. Ancaq kiçik bir sarsıntıda artıq insan çıxdığı yerdən enəcək.

     Unutmayın –müvəffəqiyyət uzun yoldur. Bu yolda sizi uğursuzluqlar, çətinliklər, maneələr gözləyir. Mübarizə aparmadan çıxdığımız yüksək nöqtədə möhkəm durmaq mümkün deyil. Bizi gücləndirən qalibiyyətlərimiz deyil – mübarizəmizdir. Məhs mübarizə edərək biz güclənirik.

Möcüzə yoxdur – zəhmət var, səbir var, əzmkarlıq var.

Möcüzə yoxdur.Zəhmət var, səbir var, əzmkarlıq var!!!!

Məlumatlandırma

YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

One comment

  1. Çox gözəl qısa və net yazmısınız.Kənardan dolu görünüb içi boş suallara çox net cavablardır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *