13116192_561415717397251_8245883371948294736_o
Məqalələrim Sual və cavablar bölməsi

#MMF2016

27-28.05.2016 tarixində keçirləcək Milli Marketinq Forumuna dəvət alanda düşünmdən təsdiq cavabını verdim. 

13116192_561415717397251_8245883371948294736_o

Mənim çıxışımın ilk gündə və ilk paneldə olduğunu bildikdən sonra Anar bəydən ilk mənim çıxışımın xahiş etdim və hazırlıqlara başladım. Mənim çıxışım “Böhran dövründə marketinq strategiyaları” panelində olacağından və idarəçi olduğuma görə mən çıxış mövzusu olaraq “Böhran dövründə idarəçilərin şəxsi və peşəkar xüsusiyyətləri” haqqında danışmağı seçdim.

 13268051_574662026072620_5527937424267243234_o

Coffee break-lərdə isə uzun zamandır görüşməyi planlaşdırdığım dostlarla da görüşdüm və mənimlə şəkil çəkdirmək istəyən gənclərlə brand wall önündə bol bol şəkil çəkdirdik. Məni koridorda və salonda tutanlardan hətta selfi çəkənlər də oldu :)

13301439_574663232739166_7591776839862820173_o

Hər paneldə fərqli sahələrdən gələn mütəxəssislər şəxsi təcrübələri və beynəlxalq sahədən məlumatları iştirakçılarla paylaşdılar.

111

Salonun giriş hissəsində forum təsisçilərinin kitabları satışı da təşkil edilmişdir. Çox sevindirici haldır ki, Azərbacyanda artıq öz peşəkarlarımızın da kitabları dərc olunmağa başlayıb.

13308713_574663189405837_3152681940947387006_o (1)12

Bu kimi tədbirlərin bütün sahələrdə davam etməsini çox istəyirəm, çünki ölkəmizin güclənməsi üçün toplanan təcrübə və biliklərin paylaşılması və yayılması vacibdir. Milli Marketinq Forumunun irəlidəki illərdə də davam etməsini və ildən ilə nailiyyətlərinin və İlkin bəyin dediyi kimi, riyazi göstəricilərinin artması və güclənməsini arzulayıram.

Mənim çıxışım 

Ilk paneldə açılışı edən moderatorumuz Anar bəyin kiçik təqdimatından sonra mənim çıxışım başladı. Forumda olmayan insanların da məlumatlarının olması üçün çıxışımın mətnini burda yerləşdirirəm.

13268389_574661506072672_6030982797969426979_o

Çıxışımın mətni

Milli Marketinq Forumunda spiker olaraq bu mənim ikinci iştirakımdır və belə məsuliyyətli tədbirə məni dəvət etdiklərinə görə təşkiltaçılara təşəkkürümü bildirirəm.

Çıxışıma başlamadan öncə mənim peşəkar həyatımla əlaqədar bir yenilik haqqında məlumat vermək istəyirəm.

Özüm haqqımda 1 cümlə ilə məlumat vermək istəyirəm.

Peşəkar idarəçi               Biznes təlimçi                  Bloqqer                  İdmançı

Biznes konsultant            Motivational spiker           Yazıçı

Bütün bu sahələrdə fəaliyyət göstərməyimə baxmayaraq uzun müddətdir həm də…..   peşəkar işsizəm. Dostlarım mənə “Niyə işləmirsən?” sualını verəndə cavab verirəm ki “İnan o qədər işim gücüm var….. İşləməyə vaxt tapmıram” :)

Bir holdinqdən təklif aldım. Azərbaycanda və xaricdə otelləri, restoranları, yaşayış məkanları, əyləncə və idman mərkəzləri, böyük inşaat layihələri olan AAAF Holdinqin təklifini qəbul etdim.

1 iyun tarixində holdnqdə  İdarə Heyəti Sədri Müavini vəzifəsində işləməyə başlayacam.

  

Bu gün biz Sizlərlə bərabər “Azərbaycan biznesinin neçə yaşı var?” sualının cavabını verəcəyk  və mən, böhran dövründə idarəçilərin şəxsi və peşəkar xüsusiyyətləri haqqında danışacam.

Böhrandan öncə olan dövrü təsəvvür edin. Nostalji yaşayaq biraz Sizlərlə

Güclü manat. Zəyif dollar – 78 qəpik.

Antalyanı biz Nabrandan daha yaxşı tanıyırıq, çünki Antalyada  10 gün istirahət etmək Nabranda 3 gündən daha ucuzdur

Azərbaycanda hərkəs…. Prado və Pajero sürür

          Almanya dağılır :)

O zamanlarda şəxsən qarşılaşdığım 3 hadisə.

1.ci Hadisə  İnşaat sektorunda işləyən şirkət. Aylıq dövriyyəsi 500.000 AZN.

Şirkət sahibinə sual verirəm : Müştəri xidmətləri, Maliyyə,  Marketinq, Reklam, PR mütəxəssisləri var mı?

Reaksiya – niyə ARTIQ xərc çəkim?

2.ci Hadisə Ölkədə tanınan geyim firması. Müştəri toplu çox alış veriş edir və ona xidmət edən satış mütəxəssisinə “Mənə endirim edər misiniz? Mən Sizdən bu qədər alış veriş etmişəm?” deyə xahiş edir.

Aldığı cavab : “Edə bilmərik. Bizim Sizin kimi 20.000 müştərimizi var.”  

3.cü Hadisə Mağazalar şəbəkəsi. 18 ay ərzində 4 dəfə böyümə planı var.  Mağaza satı artacaq.

Sual verirəm şirkət rəhbərinə : “Bu dövr üçün inkişaf strategiyası, xərclərə nəzarət sistemi, satıcıların və idarəçilərin yetişdirilməsini nəzərə aldınız mı?”

Cavab :  “Bizim bu işlərə indi vaxtımız yoxdur.”

 13312907_10208058835923012_1063559568641816836_n

Böhrandan öncə ölkədə bir kran var. Neft kranı

İqtisadiyyata, biznesə, idarəçilik tərzi, müştəri davranışları və seçimlərinə

istiqamət verən məhz bu kran idi.  

Neft gəlirləri artırdı – biznes artırdı

Ölkədə məhsul istehsal etmək, onu xaricdən gətirməkdən daha bahalı idi və buna görə də sahibkarlar və investorlar yerli istehsalata maraqları olmurdu

Şirkətlər böyüyürdü, amma təhlükəli vəziyyət yaranırdı –firmaların böyüməsi və onu idarə edən insanların nəzəri bilikləri, təcrübə və bacarıqları artımı eyni sürətdə deyildi

Şirkətlər, öz böyümələrini həzm edəcək gücdə deyildilər.

Sadə misal – Bir şirkət 3 mağazadan 20 mağazaya qədər artırdı – amma idarəçilik 3 mağaza səviyyəsində idi

Şirkətlər üçün 2 şöbə vacib idi – satış və mühasibatlıq : pul gətirən və pul sayan. 

Idarəçilərin təyin olunması və “inkişafı” da biznesin inkişafı kimi sürətli, nəzarətsiz və sistemsiz idi.

“3 il burda oturdunsa, idarəçi ola bilərsən”

“Bu indiyə qədər bizə dözüb. Sağolsun. Müdir təyin edək onu.”

“Və… Azərbaycanda ən yayğın peşə  : “yaxşı oğlan”. Qohumdur, dostdur, yerlidir – yaxşı oğlandır. İşləyə işləyə öyrənəcək.”

Karyera inkişafı və peşəkar inkişaf sözləri qarışdırılırdı.  Insan bir üst vəzifəyə peşəkar hazır olmadan karyerası inkişaf edirdi və vəzifəyə təyin edilirdi.

Nəticədə isə  Peşəkar olmayan idarəçi özünə təhlükə ethimalı var deyə komandasına güclü mütəxəssisləri toplamamaqla bərabər həm də avtoritar idarəçilik tərzi seçirdi.

Ümumi mənzərə isə belə idi 

Biznes, şirkətlər, idarəçilər, müştərilər  komfort zonasında idilər.

Bunun daim davam edəcəyini düşünürdük.

Və gözləmədiyimiz məqamda böhran gəldi.

 13318986_1100054790055608_1653768662_n

Bir anda oyunun qaydaları dəyişdi. Və dəyişməyə davam edəcək, TAM dəyişənə qədər. 

Bu dəyişikliklərə təsir edəcək 2 əsas amil var.

PUL kütləsinin az olması və müştəri davranışlarının dəyişməsi

  • Iqtisadiyyatın sadə bir qanunu var – miqdarı azalan və ona qarşı olan tələbat artan əşyanın, məhsul və ya xidmətin qiyməti artacaq.
  • Indi bizim ölkədə az olduğuna görə ən bahalı nədir ? Nəğq “PULDUR”. Pula sahib olan insan artıq 20.000-dən biri deyil, CƏNAB MÜŞTƏRİ  
  • Müştəri psixologiyası və davranış tərzi dəyişəcək : “consumerism”dən (yəni istehlakçılıqdan) rasional davranış tərzi və daha real həyat yaşayacaqlar.

Yeni dövrdə idarəçi hansı şəxsi və peşəkar keyfiyyətlərə malik olmalıdır? Yeni şərtlərdə idarəçi kimdir?

Insanları ruhlandıra bilən

Insanları sıfırdan yetişdirən

Komandası güclü olan

Minimum xərclə maksimum nəticə əldə edə bilən və DAİM xərcləri üzərində işləyən

Şirkəti ancaq bu gün üçün idarə edən deyil, həm də stratejik  olaraq gələcək inkişafını düşünən

Müştərisini çox yaxşı tanıyan

Dinamik və daimi inkişafa meyilli       

Müştəri xidmətləri, marketinq, maliyyə, reklam kimi hər şirkətin şahdamarı olan bölümlərə lazımi əhəmiyyət verən peşəkar

          Və ən əsası : DÜRÜST!!!!  peşəkar

Çünki bütün sahələrdə və səviyyələrdə dürüst idarəçilərə biz ölkə olaraq acımışıq və onlara böyük ehtiyacımız var

Çıxışıma başlayanda verdiyim “Azərbaycanda biznesin neçə yaşı var?” sualının cavabı isə budur : Neftin qiyməti azalmağa başladığı andan etibarən ölkəmizdə REAL biznes dünyaya gəldi.

Azərbaycanda biznesin 2 yaşı var.

Və bizlər, peşəkar idarəçilər….. dürüst peşəkarlar bu 2 yaşlı biznesimizi bir yerdə ortaq zəhmətimizlə böyüdüb başa çatdırmalıyıq.

Diqqətiniz üçün təşəkkür edirəm….

One comment

  1. Maraqlı blogdur əziyyət çəkib bunlari yazaraq bizə bir növ fikri dəstək oldugunuza görə təşəkkürlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *