1800358_331248047024541_4242236123400758874_n
Məqalələrim

Mingəçevir səyahətim

Mingəçevirə seminarın keçirilməsi barəsində şəhərin Gənclər və İdman İdarəsi rəhbərliyi ilə danışıqları 2015.ci ildən aparırdıq. Gənclər üçün keçiriləcək seminarın tarixi 22 yanvar müəyyən olunduğuna görə Mingəçevirə bir gün öncədən getməyə qərar verdim.

Ölkənin əksər rayonlarında işimlə əlaqədar səfərlərdə olmuşdam, ancaq Mingəçevir şəhərinə bu mənim ilk səfərim idi. SSRİ dövründən Mingəçevir haqqında bu şəhərdə olan insanlardan eşitdiyim bunlar idi : təmiz şəhərdir, əhalisi işləyəndir, sadədir, müasir şəhərdir və rus dillilər çoxdur. Avtobus şəhərə daxil olduğu andan etibarən diqqətimi çəkən 2 məsələ oldu : şəhər həqiqətən də ÇOX təmiz idi və hər yer yaşıllıq idi.

“Bəlkə əsas küçə ilə gedirik və buna görə belədir” düşündüm. Eyni gün axşam və sonrakı gün şəhərin müxtəlif yerlərinə getdiyim zaman fikrim dəyişmədi – şəhər ümumilikdə çox səliqəli və təmiz idi.  Mingəçevir yaşıllığıq və parkların sayına görə mənə Ukraynanın şəhərlərini yadıma saldı. Digər maraqlı məsələ o oldu ki, şəhər müasir görünürdü, amma bununla bərabər özünə məxsus havasını itirməmişdir.

20160122_134742-1

Düşünürəm ki, Mingəçevir təcrübəsi başda Bakı olmaqla digər şəhərlərimiz üçün də yaxşı nümunə ola bilərdi : şəhərin ümumi memarlıq çizgilərinə toxunmadan şəhəri müasirləşdirmək mümkündür.

Qalacağım oteli seçərkən “Ağsaray” mı, “Kür” oteli mi düşünəndə, “Kür” otelinin Kür çayının sahilindı olması bu otel lehində seçim etməyimdə təsirli oldu.

Mingəçevirdə seminar yeni inşa edilmiş Gənclər Evindi keçirildi. Bu məkanda gənclərin idman etmək, özünü inkişaf etdirmək üçün sözün tam mənasında bütün şərait yaradımıştır.

1800358_331248047024541_4242236123400758874_n

Seminara gənclərlə bərabər həm reqionda müxtəlif idarələrdə işləyən  gənc idarəçilər, həm də Mingəçevirdə olan mətbuat nümayəndələri də dəvət edilmişdi.  

Seminarda gənclərin universitet illəri ərzində zamanlarının qiymətləndirilməsi, iş dünyasında tələbə edilən əsas keyfiyyətlər, universitet illəri ərzində ali təhsil ilə bərabər şəxs inkişafın əhəmiyyəti, ali təhsilin 4 il sonra bitməsi, ancaq insanın inkişafının ömür boyu davam etməsi gərəkdiyi, sağlamlıq və enerji, karyera məqsədləri və peşəkar  karyera planlaması kimi mövzularda gənclərlə fikir, təcrübə və biliklərimi paylaşdım.

2

12591930_596475287168481_985611311_o

Seminardan sonra gənclərin danışılan mövzularda suallarını da cavablandırdım. ÇOX sevindirici haldır ki, ölkəmizin bölgələrində gənclərin inkişafı üçün populist olmayan real addımlar atılır.  Seminarın təşkil edilməsi və mənə göstərilən qayğı, diqqət və qonaqpərvərliyə görə Mingəçevir Gənclər və İdman İdarəsi Rəhbəri Kamal bəyə və müavini Sahil bəyə təşəkkürümü bildirirəm. Seminardan sonra İdarə tərəfindən mənə Fəxri Fərman da verildi.

12630774_596475327168477_668250347_o

Kiçik əlavə. Zamanın səmərəli istifadəsi mövzusunda.

Reqionlarımıza işlə əlaqədar gedərkən avtomobil idarə etmə yorğunluğunun olmaması üçün adətən avtobusla səyahət edirəm. Bakıdan-Mingəçevirə və Mingəçevirdən-Bakıya olan yolda Harvard Business Review yayın evi kitabı olan “Qeyri Müəyyənlik Şəraitdə İdarəçilik” mövzusunda kitab oxudum, təxmini 160 səhifə.

20160121_160343

 

 

2 comments

  1. Cox sagolun weherimiz haqda gozel fikirlerinize gore, geliwiniz menim heyatimda yeni qerarlar almama vesile oldu bununcun ayrica minnetdaram size. Yaxwi ki bu olkede sizin kimi oyredici qabiliyeti ve tesiri yuksek seviyyede olan telimcilerimiz var. Tekrar sagolun cox isterdim yeniden gelesiniz . Sizi dinlemek boyuk zovq idi menimcun

  2. Çox sağolun Fexri müəllim.Seminarınızda mən də iştirak etmişəm.Həqiqətən biz gənclərə dogru və dürüst yol göstərirsiniz.Çox istərdim Nur Şəhərimiz olan Mingəçevirdə təzədən qonağımız olasınız.Çox fəxarət hissi duyuram ki, Ölkəmizdə sizin kimi Öyrədici, qabiliyyətli insanlar var.HəqiqətənSiz Azərbaycan xalqının Fəxr ediləsi övladlarından birisiniz.Müstəqil Azərbaycanımız naminə məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *