Gördüklərim, eşitdiklərim

Mən BALACA olanda 

25.09.2015
Mən balaca olanda Atamın bir dostu məni Atamın yanında möhkəm pərt etmishdi. 7-8 yaşında idim.
Dəniz kənarında, mənim diqqətim ancaq dənizdə, çimməkdə, oynamaqda, əyləncədə və ümumiyyətlə dağılmış vəziyyətdə ikən o mənə soruşdu ki, 1 kilo dəmir ağırdı, yoxsa 1 kilo pambıq. Men onu başımdan etmək üçün tez dedim ki, dəmir. O da məni Atamın yanında “neprav” çıxardmışdı ki, bunlar bərabərdir, çünki hər ikisi 1 kilodur. 
Kaşki bu anekdotu o zaman bilsəydim – bu anekdotdaki cavabı ona verə bilərdim :
Bir nəfər digərinə sual verir :
– Nə ağırdı, bir kq pambıq, ya bir bir kq dəmir?
– Təbii ki, bunlar eynidir, çünki ikisi də 1 kilodur.
– Əla. Keç dur balkonun altında, yoxlayaq :)

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *