aaaf-holdinq1231
Məqalələrim

Mənim 2016.cı ilim

 

Hər ilin sonunda mənə elə gəlir ki, mən tamamilə fərqli sahələrdə çox işlər görmüşəm. Amma növbəti il  yekununda anlayıram ki, etdiyim işlərin sayı artır. 2016.cı ilin nəticələrini qısaca aşağıdakı hissələrlə ifadə etmək olar.

 

PEŞƏKAR FƏALİYYƏT

İş həyatım il boyunca hər zaman olduğu kimi aktiv davam etdi –konsultasiyalar, görüşlər, iclaslar.  Bir neçə şirkətlə işləməklə bərabər, həm də şəxslərə – işadamları və beynəlxalq səviyyəli mütəxəssislərə, karyera qurmaq istəyən orta idarəçilərlə də bərabər işləyirik.

Müxtəlif şirkətlərdə :

–  müasir idarəetmə sistemlərini qurduq;

–  standartlar və prosesləri yazıldı və tətbiq edildi;

– böhranla mübarizə strategiyaları müəyyən və tətbiq edildi;

– yeni idarəçilər yetişdirildi ;

– əməkdaşların ayrııqda və şirkətlərin ümumi effektivliyi artırıldı

 İdarəçi yetişdirmə proqramıma görə müxtəlif firmalar üçün gənc idarəçiləri yetişdirdim.

 

İyun ayında ölkədə və xaricdə tanınan AAAF Holdinqdə vitse-prezident vəzifəsində işləməyə başladım.

aaaf-holdinq 

 

Beynəxalq təşkilatlara, yerli və xarici firmalarda, işadamları klublarında və şirkətlərdə idarəçilər üçün təlimlər və master klaslar keçdim.

–  müasir idarəetmə sistemlərini qurduq;

–  standartlar və prosesləri yazıldı və tətbiq edildi;

– böhranla mübarizə strategiyaları müəyyən və tətbiq edildi;

– yeni idarəçilər yetişdirildi ;

– əməkdaşların ayrııqda və şirkətlərin ümumi effektivliyi artırıldı

 

YAZIÇILQ FƏALİYYƏTİ

Bu il ərzində üzərində işlədiyim 2 kitabı bitirdim və ictimaiyyətə təqdim etdim.

  • Birinci, “Saxla Zamanı, Gələr Zamanı” adlı kitabım, zamanın idarə olunması, vaxtın həyatımızda vacibliyi, peşəkar karyera, müvəffəqiyyət və həyatımızda balans haqqındadır.
  • Ikinci, “Fəxri Yol” adlı kitabım orta statistik bir Azərbaycanlının həyatında inqilabi dəyişiklik edərək effektivliyini dəfələrlə artıran bir insan misalında sağlam həyat tərzini əhəmiyyətini real misallar və nümunələrlə başa salan kitabdır.

 

kitablarim

Halı hazırda artıq üçüncü kitabım üzərində işlər yekunlaşmaq üzərədir, və növbəti il bu kitabın da təqdimarı keçiriləcək.

“Saxla Zamanı, Gələr Zamanı” kitabı oxucularının RƏYLƏRİNİ oxumaq üçün bu yazızının üzərinə klikləyin   RƏYLƏRƏ KEÇ

 

ƏLAVƏ FƏALİYYƏTİM

Youtube kanalım açıldı – KANALA keçmək üçün bu yazını klikləyin 

Milli Marketinq Forumunda çıxışım oldu  “Böhran Dövründə İdarəçilik” – VİDEONU izləmək üçün bu yazını klikləyin

 

Gəncə şəhərində Azərbaycan Texnologiya Universiteti tərəfindən keçirilən beynəlxalq simpoziumda çıxışımın oldu – VİDEONU izləmək üçün bu yazını klikləyin

Bakıda müxtəlif sahələrdə keçirilən əsas konfrans, forum və tədbirlərdə iştirak etdim

BLOQUMDA fəaliyyətim davam etdi və fərqli mövzularda MƏQALƏLƏR yazdım

Məqalələrim həm öz bloqumda, həm də müxtəlif internet saytlarda dərc edildi.

Toplam il boyunca təxmini 50 məqalə yazdım. 

Məqalələri OXUMAQ üçün məqalə adına klikləyin.

Motivasiya verici

   Arzularımıza doğru yol     

   ƏSLA TƏSLİM OLMA!!!

   Bizə pislik edənlərə qarşı necə davranaq?  

   “Həyatda şans bir dəfə verilir” əfsanəsi

   700 bal yığan bəxtəvərlər haqqında

 

Şəxsi və peşəkar effektivlik

   Günümüzə necə başlayaq?

   Effektivliyimi təmin edən 8 vərdişim

   İş həyatında effektivlik – GÖRÜŞLƏR

 

Karyera

   Müvəffəqiyyətli əməkdaşların 8 fərqi

   İdarəçilərə 7 tövsiyyəm

   Dürüstlük və peşəkar karyera

   Müvəffəqiyyətli karyera üçün xaricdə təhsil mütləq şərtdirmi?

   Karyera qurmaq üçün ali təhsil kifayətdirmi?

   İş dünyası gənclərdən nə gözləyir?

 

Biznes

   Böhranda batan “bizneslər”

   Böhranda batan “bizneslər”- AÇIQLAMA

   #MMF2016 – Milli Marketinq Forumu haqqında

   Azərbaycanda biznes ölür mü? 

   Sıravi əməkdaşlar + Müştərilər = Biznesin Uğuru

 

   Azərbaycan biznesində “kaprativ” mədəniyyət

   Azərbaycanda biznesin əsas 5 daxili problemi

   Böhran dövründə biznesimizə 7 tövsiyyəm

   “SƏMİMİ” Biznes

 

   “Bizdə mümkün deyil” DEYİL – MÜMKÜNDÜR

 

   Ofisdə insan tipləri

   Ulduzlar

   BİZnesimiz BİZik

   Sağlamlıq, Biznes, Məsuliyyət, Seçim

 

   Azərbaycanda biznes. Ancaq biznes mi günahkardır?

 

 

İdman, sağlamlıq

   Niyə marafon? 

   İdman zallarında insan tipləri

   Sağlamlıq, Həkimlər və Möcüzə

 

   Xalqımızın sağlamlığı

 

Səyahətlərim, Ümumi

   Mingəçevir səyahətim

   42 yaşım oldu. Nələr anladım?

   Haqqımda yazı

   Lənkəran Dövlət Universitetində Seminar, 06.05.2016

   ATU və Gəncə şəhərində Beynəlxalq Simpozium

   Seminar Marafonu – Mərhələ 1

   Universitetlərdə seminarlarım davam edəcək mi?

   Demək istəyib, deyə bilmədiklərimiz

   “Fəxri Yol” kitabım haqqında İLK YAZIM

 

Kaspi qəzetində müxtəlif mövzularda məqalələri dərc olundu

   “Həyatda şans bir dəfə verilir” əfsanəsi        

 

   Karyera qurmaq üçün ali təhsil kifayətdirmi?

 

   Müvəffəqiyyətli karyera üçün xaricdə təhsil mütləq şərtdirmi?

 

 

İDMAN

Aktiv idman fəaliyyətim davam etdi. Iş həyatımın çox aktiv olduğuna görə yarışlarda iştirak etməkdə çətinlik çəksəm də, məşqlərim davam etdi.


91

 

İNKİŞAFIM

Bu il ərzində onlarla kitablar və minlərlə məqalələr oxudum. Kitabxanam üçün xaricdən yeni kitablar sifariş etdim və Bakıda mağazalarda hər yeni gələn partiya kitablardan alış-verişlər etdim.

Bütün əldə etdiklərim və uğurlarım bilik və savadımın nəticəsi olduğuna görə oxumaq və oxuduqlarımı tətbiq etmək qəti qaydamdır.

 91-kit

KİV – TV, radio, qəzet və jurnallara çox sayda müsahibələrim və verilişlərdə çıxışlarım oldu.

 

GƏNCLƏR üçün SEMİNARLAR

Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt şəhərlərində universitetlərdə gənclər təşkilatları və klublarında seminarlar verdim və minlərlə tələbə seminarlarımda iştirak etdi

Dəstəyə ehtiyacı olan gənclərə müxtəlif formalarda dəstək verdim

 

FƏXR EDİRƏM!!!!

Maraqlı və daha öncə tanımadığım insanlarla tanış oldum – işadamları, şirkət rəhbərləri, idarəçilər və mütəxəssislərlə. Ölkəmizdə bu kimi insanların olması qürur vericidir və onları özüm üçün kəşf etdiyim üçün özümü şanslı hesab edirəm.

Seminarlarda minlərlə gənclərlə görüşmə imkanım oldu və ölkəsinə bağlı, böyük məqsədləri olan müasir, dürüst gəncləri görmək mənə ölkəmizin gələcəyi ilə bağlı böyük ümidlər verdi. 

993

Gənclərimizlə sözün tam mənasında fəxr edirəm!!!! 

Öncəki illərdə seminarlarımda iştirak edən gənclərdən olduqca çox təşəkkür yazıları aldım və bir daha əmin oldum ki, doğru yoldayam və bu yola mütləq və mütləq davam etməliyəm.

Tədbirlərdə, istirahət günlərində şəhərdə olarkən tanımadığım valideyinlərin mənə yaxınlaşaraq övladlarına ciddi motivasiya, müsbət stimul və güc verdiyimi eşitmək mənim gərgin iş rejimimiə baxmayaraq saatlarla verdiyim seminarlara xərclədiyim enerjimin heç boşa getmədiyini anladım.

 

ÖZƏL HƏYATIM

Bütün bu işlərlə bərabər mən həmdə 2 gözəl kiçik hanımın atasıyam.

Hər ikisi məktəbdə əlaçı olmaqla bərabər həmdə idmançıdırlar – üzgüçülüklə məşğul olurlar.  Demək olar ki, hər yeni gələn maraqlı film və çizgi filminə ailəlikcə bərabər gedirik.

Həyatımızda əsl olan da elə budur, ailəmiz, sevdiklərimiz, bizim üçün vacib olan dəyərlər. Geri qalan hər şey isə bunlara əlavə edilən aksessuarlar.

Hərkəsə müsbət, enerjili, aktiv və dinamik 2017.ci il arzulayıram!  

 

Mənim 2016.cı ilim bir rəsimdə

 

aaaf-holdinq1231

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *