Картинка: Бизнес жизни 09
Düşüncələrim

Krisiz Normaldır?

Əslində real biznes dünyasında krizis normal haldır.

Yeni texnikalar, texnologiyanın sürətli inkişafı, elmin irəliləməsi, müştəri davranış və trendlərində dəyişikliklər, şirkətlərin fəaliyyət göstərdikləri bazarlarda yeni, daha böyük və çevik oyunçuların gəlməsi, əmək bazarında peşəkarlar uğrunda mübarizə kimi halların hamısı şirkətləri daim inkişaf baxımından “formda qoruyan” kiçik ya da böyük böhranlardır.

KRİZİSLƏRƏ ÖYRƏŞMƏK. Şəffaf iqtisadiyyatlarda, əsl rəqabətin olduğu bazarlarda firmalar belə hallara təəccüblənmirlər və satış və gəlirdən başqa həm də daim araşdırma, inkişaf, axtarışdadırlar. Biz isə uzun müddət “stabillik və analoqu olmayan inkişaf” havalarında olduğumuza görə belə hallara hazır olmadıq. 2008-ci ildə bütün dünya krizislə sarsıldığı və bir sıra MDB ölkələrində devalvasiyanın olduğu dövrdə bizdə manatı üyni səviyyədə tutmaq üçün büdcədə olan “deşikləri” rezervdə olan pullarla doldurdular və bütün ölkə “bizə artıq heç nə olmaz” havasına girdi. Bir çox insan da bizim iqtisadiyyatın sarsılmaz olduğuna inandı.

MONOPOLİYALAR. Digər tərəfdən isə ölkədə biznesin böyük hissəsinin monopoliyaların əlində olması real rəqabətin olmamasına gətirdi. Bizneslə məşğul olan şirkətlərimiz və şirkətlərin idarəçiləri mübarizə bacarıqlarını itirdilər. İllərlə böyüyən iqtisadiyyat və artan satışlar vəziyyətində idarəçilik edənlər bir anda krizislə qarşı qarşıya qalanda satışları süni şəkildə yox, REAL artırmaq üçün nələrin edilməsi gərəkdiyini, əməkdaşları maddi motivasiya xaricində necə daha da çox işləmək və az qazanmaq üçün motivasiya edəcəklərini bilmədiklərin şahidi olduq. Buna görə də ta biləcəkləri addımlar çox sadə və primitiv oldu : reklam xərclərini azaldmaq və insanları işdən azad etmək, və bu da onların pis olan vəziyyətini daha da bərbad etdi. Şirkətləri və idarəçikəri güclü edən mübarizə və rəqabətdir. Bunlar isə bizdə illərlə olmadı.

KRİZİSLƏRİN OLMASI NORMAL HALDIR.

Problem krizisin olması deyil.

Problem, baş verənlərə adekvat və cəld reaksiya verə bilməməkdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *